Sizin Reklam Burada
Xəbər lenti
17-05-2024
BÜTÜN XƏBƏRLƏR

Adı 200 minlik borcda hallanan əməkdar artist :“Qorxuram, açıb desəm...”

Tarix: 22-08-2017 12:16     Baxış: 5356 A- / A+
Adı 200 minlik borcda hallanan əməkdar artist


Əməkdar artist, tanınmış aktrisa Naibə Allahverdiyeva şəxsi həyatından danışıb.

Manevr.az yenicag.az-a açıqlama verən aktrisa heç vaxt xoşbəxt qadın olmadığını bildirib:

“Şəxsi həyatımda yaşadığım elə şeylər var ki, açıb deyə bilmirəm. Qorxuram, desəm məni qınayarlar. Uşaqlığımdan ta bu yana, xoşbəxt qadın olmamışam. Ümumiyyətlə, xoşbəxtlik nə olan şeydir, xəbərim yoxdur. İki dəfə ailə həyatı qurdum, amma ikisində də bu səadəti mənə yaşadan olmadı. Qadın kimi bütün güzəştlərə gedirəm, sədaqətliyəm, əlimdən hər iş gəlir, bundan artıq neyləməliyəm axı? Amma yenə də şanssız qadınam”.

Aktrisa cəmiyyəti nəzərə alaraq addım atdığını da gizlətməyib:

“Cəmiyyəti də nəzərə alan adamam. Heç vaxt istəmərəm ki, mənim haqqımda nəsə pis sözlər danışsınlar, dedi-qodu yaysınlar. Buna görə çox vaxt nələrəsə göz yumuram, dözüb otururam. Belə də ki, ailə qurmamışam ki, onu dağıdım. Mən də istəyirəm ki, həyat yoldaşımla bu yolu axıra qədər bərabər gedək. Amma heç kim bilmir sabah başına nə gələcək”.

Qeyd edək ki, bir neçə ay əvvəl ikinci həyat yoldaşının N. Allahverdiyevadan qul qopardaraq, ona xəyanət etdiyi barədə məlumat yayılmışdı.

Aktrisa məsələyə belə aydınlıq gətirmişdi:

“Sosial şəbəkədə ünvanıma yazılan rəylərdən bezmişəm. Bütün günü şəxsi həyatımı müzakirə edirlər. Hərə bir şey yazır, deyirlər, guya ərim məni atıb gedib, guya o məndən 20 yaş böyükdür. Əslində, yoldaşım məndən cəmi 5-6 yaş kiçikdir. Ən dəhşətlisi isə budur ki, guya mən onun biznes qurması üçün kimdənsə 200 min manat borc götürmüşəm. O da həmin pulu alandan sonra sevgilisi ilə özünə iş qurub, məni də atıb. Buna görə də əsəbdən xəstəlik tapmışam. Yalandır, biz bir yerdəyik, arada bütün ailələr kimi söz-söhbətimiz də olur, amma keçib gedir”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar