Sizin Reklam Burada
Xəbər lenti
17-05-2024
BÜTÜN XƏBƏRLƏR

"Özümü yandırıb öldürəcəyəm" - Xalq artisti 70 minə görə həyatına qəsd edəcəyini deyir

Tarix: 20-08-2017 11:13     Baxış: 4983 A- / A+
"Özümü yandırıb öldürəcəyəm"


Xalq artisti Könül Xasıyevanın 70 min manatı dələduzluq yolu ilə ələ keçirilib.

Bu barədə "Qafqazinfo”ya müğənninin vəkili Şəfiqə Nağıyeva məlumat verib.

Onun sözlərinə görə, Xatirə Hacıyeva adlı şəxs 2014-cü ildə Könül Xasıyevadan 70 min manat alıb və hələ də qaytarmayıb:

"Pulunu ala bilməyən Xalq artisti polisə şikayət edib. Hazırda Nərimanov Rayon Məhkəməsindəyik. Xatirə Hacıyeva haqqında sanksiya çıxarılacaq”.

Könül Xasıyevanın "Qafqazinfo"ya verdiyi məlumata görə, Xatirə Hacıyeva ona ev almaqda yardımçı olacağını bildirib:

"Mənə 200-250 minlik evi ucuz qiymətə almağa kömək edəcəyini dedi. Maşınımı satdım, əlimdə olanları yığdım və 70 min verdim. Hələ də pulumu ala bilmirəm. Məni aldadıb, 2 ildir salıb çöllərə. 37 minlik maşınımı 12 minə özü əlimdən alıb. Övladım xəstə, özüm xəstəyəm. Pis gündəyəm. Heç kimin məndən xəbəri yoxdur. Övladım acından ölür.

Xatirə pulumu qaytarmır, üstəlik üstümə adam göndərərək övladımla bağlı məni hədələyirlər. Şikayət ərizəmi geri götürmək üçün təzyiq göstərirlər. Gedib özümü yandırıb öldürəcəyəm. Nədir xalq artistinə bu cür münasibət?!”

K.Xasıyeva deyib ki, pulu verərkən heç bir müqavilə imzalamayıb:

"Lakin, əlimdə 56 dənə səs yazısı var. Hamısını vəkilə təqdim etmişəm".

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar