Sizin Reklam Burada
Xəbər lenti
17-05-2024
16-05-2024
BÜTÜN XƏBƏRLƏR

Mətanət Əsədovadan həmkarlarına ağır sözlər - HAMISI CİNƏ-ŞEYTANA OXŞAYIR

Tarix: 11-08-2017 15:58     Baxış: 4271 A- / A+
Mətanət Əsədovadan həmkarlarına ağır sözlər

Müğənni Mətanət Əsədova həmkarlarının ona cadu-tilsim etdirdiyini deyib.
Manevr.az bildirir ki, yenicag.az-a açıqlama verən sənətçi paxıllığını çəkən həmkarlarına səslənib:
“Paxıllığımı çəkənlər bütün günü qalıblar mollalarda. Səsimin, avazımın bir faizini öyrənin. Bilmirsinizsə, gəlin yanıma öyrədim. Amma cadu etdirməyi, ev yıxmağı yaxşı bacarırsınız. Molla yanına gedir ki, onun-bunun ailəsini dağıtsın, kişisini ələ alsın. A balam, xalqa sənət, səs lazımdır. Nə qalmısınız mollalarda? Nə var, nə xəbərdir? Mənim sizinlə işim yoxdur, heç birinizlə maraqlanmıram, siz məndən nə istəyirsiniz axı? Min dənə adam telefon edir ki, filan müğənni şəklin əlində yanıma gəlmişdi. Deyirəm, ay molla, ay cadugər, elə bir dərman bilirsinizsə, öz başınıza sürtün. İkincisinə də qalanda, o adamlara Allah rəhmət eləsin. Onlar mənim üçün diriykən ölülərdir. Allahın işinə əl aparmaq olar?”
Müğənni onlardan qorunmaq üçün Allaha sığındığını deyib: “Mən o cadu-tilsimlərdən qorunmaq üçün gecə-gündüz Allahla danışıram, pirlərə gedirəm. Məni axtarsan, pirlərdə tapmaq olar, mollaların yanında yox. Allah onlara min lənət eləsin. Fikir vermişəm, hamısı cinə-şeytana oxşayır. Etdikləri pis əməllərə görə yaşlandıqca özləri də cin kimi görünürlər. Efirə çıxanda adam qorxur, deyirsən “bismillah” bu cin-şeytan haradan peyda oldu görəsən?”

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar