Sizin Reklam Burada
Xəbər lenti
18-05-2024
17-05-2024
BÜTÜN XƏBƏRLƏR

Damla “narkoman” iddiasına cavab verdi

Tarix: 08-08-2017 13:27     Baxış: 4272 A- / A+
Damla “narkoman” iddiasına cavab verdi

“O qədər özünüzü ucuzlaşdırırsınız ki, bu yazılar yalnız sizi gözdən salır, məni yox. Həyasızca yazdığınız bu yazıya nə ad vermək olar? Siz mənim həyatımı müzakirə etməkdən zövq alırsınız? Deyəsən, elə bu yazını da narkotik qubul etdikdən sonra yazmısınız”.
Bu sözləri müğənni Damla ona qarşı iddia olunan narkoman fikrinə münasibət bildirmək üçün sosial şəbəkədə yazıb. Xəbərin tam qərəzli olduğunu bildirən müğənni bu kimi iddiaların onu gözdən salmaq üçün yazıldığını vurğulayıb: “Hər gün ev üzü görməyən, evdə dincəlməyə 1 saatı olmayan insan necə günlərlə evdə yatıb qala bilər? Hər gün getdiyimiz məkanlardan paylaşılan şəkilləri, videoları görməyəcək qədər şüursuzsunuz? Mənim işimlə bağlı nə problemim olarsa, onun hesabını sizə verməliyəm? 24 saat iş nömrəmiz açıqdır. Siz kimə və hansı nömrəyə yığmısınız? Bu yazını yazan Allahsız, sənə səslənirəm. Evində körpə uşağın, ailən yoxdur? Sən nə haqla ağzına gələni yaza bilərsən? Bəsdi məni gözdən salmağa çalışırsız.

Vallah, billah, mən ulduzluğu, zirvənin ucalığını, məşhurluğu dərk edən insan deyiləm. Çünki hər şeydən uca olan Allahdır. Biz gecə-gündüz yatmadan, dinclik görmədən yollardayıq. O “narkamansan” yazan hallı jurnalist, heç nə demirəm, Allah sizi bildiyi kimi etsin”.

Xatırladaq ki, big.az saytının yazdığı xəbərdə müğənninin yaxın ətrafının iddialarına görə, ifaçı narkotik düşgünü olduğu üçün bəzən ayın tarixini bilmir və bu səbəbdən günlərlə evdə yatmış vəziyyətdə qaldığı qeyd olunmuşdu.

Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar