Sizin Reklam Burada
Xəbər lenti
18-05-2024
17-05-2024
16-05-2024
BÜTÜN XƏBƏRLƏR

Kamran Həsənlinin ölkədən çıxışına qadağa qoyuldu

Tarix: 07-08-2017 14:09     Baxış: 4193 A- / A+
Kamran Həsənlinin ölkədən çıxışına qadağa qoyuldu

Müğənni Samir Piriyevlə teleaparıcı Kamran Həsənli arasında səngiyən soyuq müharibə yenidən alovlanıb.
Məsələ ilə bağlı yenicag.az-a açıqlama verən Samir Piriyevin vəkili Ceyhun Yusifov yaxın günlərdə mətbuat konfransı keçirəcəklərini bildirib:
“Kamran Həsənli elə bilməsin ki, bu iş unudulub. Xeyr, yaxın vaxtlarda mətbuat konfransı keçirib, baş verənləri ictimaiyyətə çatdıracağıq. Kamran Həsənlinin himayədarları bu məsələni nə qədər ört-basdır etməyə çalışsalar da, xeyri olmayacaq. Necə ola bilər ki, beş min manat faizə görə kimsə cəzalandırılır, amma yüz min manat ortada batır? Hələ də pul geri qaytarılmayıb. Əsas odur ki, Kamranla bacısı Gülər xanımın ölkədən çıxışına məhdudiyyət qoyulub. Onlar heç yerə gedə bilməzlər”.
Vəkil onu da bildirib ki, bu məsələ ilə bağlı heç bir istintaq işi aparılmayıb. İş yenidən Nərimanov Rayon Polis İdarəsinə qaytarılıb.
Xatırladaq ki, Samir Piriyev teleaparı Kamran Həsənlini dələduzluqda ittiham edir. İddiaya görə, Samir Piriyev və Kamran Həsənli birlikdə biznes qurmaq istəyib. Bu məqsədlə Samir Kamrana 85 min manat pul verib. Hətta bunu təsdiq edən şahidlərin olmasına baxmayaraq, həmin pul bu günə qədər sahibinə qaytarılmayıb.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar