Sizin Reklam Burada
Xəbər lenti
14-06-2026
BÜTÜN XƏBƏRLƏR

"Şəxsi həyatım var: bəzən görüşürəm, hərdən isə yox" - Elnur

Tarix: 05-08-2017 20:34     Baxış: 3326 A- / A+
"Şəxsi həyatım var: bəzən görüşürəm, hərdən isə yox"

“Eurovision 2008” təmsilçimiz, “O səs Türkiyə” yarışmasının qalibi Elnur Hüseynov uzun müddət efirlərdə görünməməsinin səbəbini açıqlayıb.

“Xəzər Maqazin”ə danışan ifaçı bunu Türkiyədə bağladığı müqavilə ilə əlaqələndirib:

“O səs Türkiyə”dən sonra müqavilə imzalamışdım. O müqaviləyə görə heç bir verilişə çıxa, heç bir müsahibə verə bilmirdim. İndi həmin kontrakt bitib. İnşallah, Türkiyədə də, Azərbaycanda mahnılarım olacaq. Özümün elektro-musiqi layihəm var”.

Elnur Azərbaycanda şou-biznesin olmadığını deyib:

“Bizdə şou-biznes görmürəm. Pislik etmək 5 dəqiqəlik işdir. Amma insan olmaq çətin bir şeydir. Özünü tanımalı, öz-özünlə evdə tək olanda xoşbəxt olmalı və bu xoşbəxtliyi hər kəslə - yaxınlarınla, ailənlə, dostlarınla bölüşməlisən. Ebru xanım (Ebru Gündeş – red.) mənə demişdi ki, sən şanslısan. Çünki türk xalqı səni qəlbinə aldısa, dayanmamalı, bir şeylər etməlisən. İndi də onunla yazışırıq. Çox gözəl insandır, səhnədə də, səhnə arxasında da necə varsa, elədir”.

E.Hüseynov hələlik şəxsi həyatı ilə bağlı düşünmədiyini bildirib:

“Bu barədə hələ fikirləşmirəm. Şəxsi həyatım onsuz da var: bəzən görüşürəm, bəzən görüşmürəm (gülür). Mən sevirəm ki, bir müddət ortaya çıxım, sonra yox olum. Gündəmdə qalmağı o qədər də sevmirəm. Daha yaxşı olar ki, heyvanlarımla evdə oturub mahnılar yazım, günümü keçirim”.axsam.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar