Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

"Bu nə sözdür, danışırlar, mənim oğlum..." - yeni evlənən İradə İsaq

Tarix: 07-09-2016 10:09     Baxış: 3274 A- / A+
"Bu nə sözdür, danışırlar, mənim oğlum..."

Yaxın günlərdə Penitensiar Xidmətin mətbuat xidmətinin sabiq rəisi Yaşar İsakovla ailə quran tanınmış teleaparıcı İradə İsaq teleqraf-a açıqlama verib.

-İradə xanım, bir çox həmkarlarınız başqa kanallarda fəaliyyətə başlayacaqlar. Siz necə, ANS-lə bağlı prosesin yekununu gözləyəcəksiz, yoxsa hansısa kanalda fəaliyyətə başlayacaqsınız?

-ANS mənim üçün yalnız iş yeri deyil, həm də doğma kanaldır. Ümumiyyətlə, mən işlədiyim kanallarda rəhbərliklə və işçilərlə çox yaxşı münasibətdə oluram. ANS-in yenidən fəaliyyət göstərəcəyinə böyük ümidim və inamım var. Əminəm ki, TV tezliklə açılacaq. Başım məlum səbəblərdən çox qarışıqdır. Təbii ki, hələ başqa kanalda işləyən deyiləm. Bir daha deyirəm, inanıram ki, ANS tezliklə fəaliyyətini davam etdirəcək.

-Sentyabrın 1-də ailə qurdunuz, toyunuz oldu. Bal ayına getmisinizmi, yaxud getməyi planlaşdırırsınızmı?

-Mən şəxsi həyatımla bağlı danışmağı sevmirəm. Nə qədər mətbuat nümayəndələri zəng etdilər, danışmadım. İşlə, jurnalistika ilə bağlı suallarınıza cavab verə bilərəm, amma şəxsi həyatla əlaqəli sualları cavablandırmaq istəmirəm. Bu, mənim şəxsi həyatımdır. Bu haqda tamaşaçıya nə isə deməyi düzgün hesab etmirəm.

-Toyunuzda gəlinlik geyinməməyiniz təəccüblə qarşılandı. Buna səbəb nə idi?

-Gəlinlik geyinməməyimin böyük bir səbəbi yoxdur. Niyə müzakirə mövzusu edirlər? Bəzi saytlar çox şeylərə toxundular. Məncə, lazım deyil. Mən özüm bilərəm, nə geyinirəm... Toy paltarım öz seçimim idi. O cür görünmək istədim. Bunun məsələyə nə dəxli var?

-Oğlunuz Yunisin toyunuzda qonaqları qarşılamasına müxtəlif yöndə reaksiyalar oldu. Buna münasibətiniz necədir?

-Yunis uşaqdır və məclisdə heç bir qonaq qarşılamayıb. Uşaq olduğu üçün də zalda çox otura bilməzdi. Zala gəlib-gedirdi. Həmin vaxt qonaqlar zala daxil olurdular. O da rastlaşdığı qonaqlarla, qohum-əqrəba, dost-tanışla rastlaşanda görüşüb. O uşaqdır, hələ qonaq qarşılamaq nədir, başa düşmür. Ona deyilməyib ki, qonaqları qarşıla... Sadəcə, Yunisə kimlərin gəldiyi maraqlı idi. Baxırdı, sonra nənəsinə, babasına deyirdi ki, filankəs gəldi.

Bir daha deyirəm, oğlum qonaq qarşılamayıb, ona deməmişəm ki, qonaq qarşıla və ya bunu et. 11 yaşı var, sərbəst qərar verir. O nə boş şeylərdir, danışırlar?.. Jurnalistlər nələrə fikir verirlərmiş?.. Bu, heç mənim ağlıma gəlmir. Heç zaman belə xırdalıqlara əhəmiyyət verməmişəm.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar