Xəbər lenti
"Bu şəhərdə"nin Coşqunu əməliyyat olunub

Əməkdar artist Coşqun Rəhimov növbəti dəfə cərrahiyyə əməliyyatı olub.
Lent.az-ın məlumatına görə, bu barədə aktyorun dostu, ssenarist Müşviq Abbasov bildirib. O, C. Rəhimovun əməliyyatının 3 saat davam etdiyini deyib:
“Əməliyyat çox uğurlu keçdi. Coşqunun ailə üzvləri, dostları, “Bu şəhərdə” kollektivi və tamaşaçıları adından Neftçilər xəstəxanasının bütün kollektivinə, rəhbərliyinə və müstəsna olaraq əməliyyatda zəhməti olan həkimlərə - Araz, İradə, Tural, Fikrət, Lalə, Həsən, İradə, Bikə, Leyli, Eldara öz minnətdarlığımızı bildiririk. Çox sağ olun, dostlar! Qismət olsun indən sonra sizin xəstəxanada yox, bizim konsertlərdə görüşək”.
Xatırladaq ki, 2011-ci ildə C. Rəhimovun boğazında şiş aşkarlanıb. Əməliyyat edilən aktyor bir müddət radioaktiv yod qəbul edib.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar































