Sizin Reklam Burada
Xəbər lenti
27-08-2025
26-08-2025
BÜTÜN XƏBƏRLƏR

Oksana yuxusunu seriala çevirir

Tarix: 25-07-2017 16:50     Baxış: 3271 A- / A+
Oksana yuxusunu seriala çevirir

Xəbər verdiyimiz kimi, rəqqasə Oksana Rəsulova yeni seriala çəkilir.
Manevr.az-ın axşam.az-a istinadən verdiyi məlumata görə, sənətçinin rəhbəri olduğu “Oksimed” şirkəti tərəfindən lentə alınan ekran işi “Lal yuxu” adlanır.
Oksana əməkdaşımızla söhbətində bildirib ki, ekran işinin ssenarisini 8 il əvvəl yuxuda görüb: “Bu sirri ilk dəfədi açıram. 2009-cu ildə yuxuda bu ssenarini gördüm. Hər gün bir seriyanı görürdüm. Amma obrazları hind aktyorları oynayırdı. Rəfiqəmlə oturub 6 ay ssenarini yazdıq. Həmin ərəfədə hansı telekanala getdimsə, ya sponsor istədilər, ya da pul... 8 ildən sonra arzum gerçəkləşdi, serialımı çəkirəm. Bu işdə mənə "Xəzər" telekanalının rəhbəri kömək əli uzatdı".
Sənətçi hazırda çəkilişlərə başlandığını deyib. Oksana iddia edir ki, bu, Azərbaycanda ən bahalı ekran işi olacaq:
“24 seriyanı 2 ay içində çəkib bitirməliyik. Efirdə hər dəfə 1 saat 20 dəqiqə yayımlanacaq. Bu ekran işi Azərbaycanda bir ilk olacaq. Belə ki, hər seriyanı film kimi rəngləyəcəyik.
Bu yaxınlarda Hindistanda olanda bir hind kanalında "Fatmagülün suçu nə"ni gördüm. Görün türklərdə serial necə inkişaf edib və maraq doğurub ki, hind dilinə tərcümə olunur. İstəyirəm ki, bizim ölkədə də belə olsun. Mən onda şoka düşdüm. Ona görə də çalışacam serialımız çox keyfiyyətli olsun. yeri gəlsə qonorarımı da almayacam.
Bu serialı Xanlar Ağayev və Nadir Mehtiyev çərisə, inanıram səviyyəli olacaq. Çəkilişlərə başlayıb. Artıq hamımız Masazıra köçmüşük, serial lentə alırıq".

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar