Sizin Reklam Burada
Xəbər lenti
28-04-2026
27-04-2026
BÜTÜN XƏBƏRLƏR

Mustafa Ceceli Şəmkirə toya gəlir - 30 minə

Tarix: 25-07-2017 16:34     Baxış: 4327 A- / A+
Mustafa Ceceli Şəmkirə toya gəlir

Türkiyənin məşhur müğənnisi Mustafa Ceceli yenidən Azərbaycanda qonaq olacaq.

Manevr.az primetime.az-a istinadən xəbər verir ki, bu yaxınlarda ikinci dəfə ailə qurması ilə gündəmə gələn sənətçinin ölkəmizə gəlmə səbəbi toylardan birində iştirak etməsidir. Belə ki, M.Ceceli paytaxtda yerləşən ticarət mərkəzi "Metropark"ın sahibinin qardaşı qızının 30 iyul tarixində Şəmkirdə baş tutacaq toyunda çıxış edəcək.

Əldə etdiyimiz məlumata görə, Ceceli Şəmkirə orkestri ilə birgə gəlir. Onun toydakı çıxışının qiyməti təxminən 30 min avrodur. Şəmkirin Şiştəpə kəndində keçiriləcək toyun idarə olunması müğənni Nuri Sərinləndiriciyə həvalə olunub.

N.Sərinləndirici isə sözügedən toydan 18 min dollar qazanacaq.

Qeyd edək ki, ölkədə keçirilən dəbdəbəli və ən bahalı toyların məkanı məhz Şəmkirin Şiştəpə kəndidir. Belə ki, bu günlərdə orada Rusiyada fəaliyyət göstərən iş adamının oğlunun 4 gün, 4 gecə toy mərasimi keçirilib.

Murad Arif və Vəfa Zeynalovanın aparıcısı olduğu məclisdə Türkiyənin məşhur sənətçisi Kibariye çıxış edib. O, bu toydan 15 min dollar qonorar əldə edib.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar