Sizin Reklam Burada
Xəbər lenti
24-12-2025
23-12-2025
BÜTÜN XƏBƏRLƏR

Yoxa çıxan Azərbaycan aktyoru ölüb? - AÇIQLAMA

Tarix: 05-09-2016 15:34     Baxış: 3313 A- / A+
Yoxa çıxan Azərbaycan aktyoru ölüb?

Bir müddət öncə itkin düşdüyü deyilən gənc aktyor Emil Tahirovun ölüm xəbəri yayılıb.

Minval.az saytının yaydığı xəbərə görə, aktyor Buzovna Xəstəxanasında sirroz xəstəliyindən dünyasını dəyişib.

Aktyor ölümündən əvvəl sosial şəbəkədə həyatdan bezməsi və yaşamaq istəməməsi ilə bağlı status da paylaşıb.

Amma aktyorun əvvəllər fəaliyyət göstərdiyi Rus Dram Teatrının direktor müavini İlham Məmmədovun Publika.az-a açıqlamasında xəbərə münasibəti belə olub: “Emil əvvəllər bizdə işləyib, sonradan işdən getmişdi. O itib, hara getdiyi bilinmir. Bəlkə də Rusiyadadır, dəqiq bilmirik. Amma 200 faiz inanıram ki, o ölməyib”.

Qeyd edək ki, Emil Tahirov 1997-ci ildə Bakı şəhərinin 68 N-li texniki-peşə məktəbini bitirib. 1995-ci ildən S.Vurğun adına Rus Dram teatrında aktyoru kimi fəaliyyət göstərib. Teatrda işlədiyi müddətdə bir çox tamaşalarda iştirak edib. Teatrda Umbert (E.de Filippo "Filumena Marturano"), Həkim (Q.Qorin "Kin IV"), Dcud (B.Sleyd "Çestvovaniye"), Viktor (A.Qalin "Konkurs"), Topal (S.Vurğun "Fərhad və Şirin") kimi obrazlar yaradıb. KVN teatrında da çalışan aktyor bir müddət öncə, məşhur telefon şirkətlərinin birinin reklam çarxında da çəkilib.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar