Xəbər lenti
Şəbnəm Tovuzlu olmayan qəzadan danışdı: "Polisin xəbəri olmadı"
Son günlərin daha çox müzakirə olunan mövzularından biri də müğənni Şəbnəm Tovuzlunun Gəncədən Bakıya qayıdarkən Bakı-Qazax yolunda qəzaya düşməsi xəbəridir.
Dünən səhər saatlarında xəbər yayıldı ki, ifaçı yol qəzası keçirib. Hətta, şok vəziyyətinə düşərək, reanimasiyaya yerləşdirilib. İfaçının xalası mətbuata danışsa da, Şəbnəmin hansı xəstəxanaya yerləşdirilməsi ilə bağlı məlumat vermədi.
Ardınca isə xəbər çıxdı ki, əslində Şəbnəm Tovuzlu Mingəçevirdə planlaşdırılan konsertinə tamaşaçı toplamadığı üçün belə bir addım atıb, guya avtomobil qəzası keçirməsi xəbərini yayıb.
Avtosfer.az məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinə müraciət edib. İdarədən bildiriblər ki, bu hadisə barədə heç bir dəqiq məlumat yoxdur.
Ümumiyyətlə, son 3 gündə Azərbaycanda "Mercedes Viano" və "VAZ-2107" markalı avtomobillərin toqquşması barədə qəza qeydə alınmayıb:
“Hadisənin dəqiq yeri bilinmir. Maşınların nömrəsi yazılmır, yaralıların hansı xəstəxanaya aparılması barədə məlumat yoxdur. Yol qəzası ilə spekulyasiya edib ucuz şou yaratmaq olmaz”.
Bütün olanlardan sonra isə Şəbnəm Tovuzlu danışmaq qərarına gəlib. Müğənni “İnstagram” bloqunda izləyicilərinə video-müraciət edib.
“Mən özümə borc bildim ki, səhhətimlə bağlı yaranan söz-söhbətə son qoyum. İnsanlar mənə görə intizarda qalmasınlar. Bəli, biz avtomobil qəzası keçirdik. Əzildim, doğrudan da, çox pis şok yaşadım. Toqquşduğumuz insanla öz aramızda razılığa gəldik, “sür, çıx, get” – dedik. Biz də maşınımızı sürüb gəldik. Mənə həkimə çatmaq lazım idi. Baş Dövlət Yol Polisinin bu hadisədən xəbəri olmadı. Biletlərimə gəlincə, hamısı satılmışdı. İki gün öncə özüm konserti təxirə saldım. Mənə qarşı orada yalanlar çox olmuşdu deyə, onlara “gəlməyəcəyəm” dedim. Düzgün təşkilatçılıq etmədikləri üçün konsertdən özüm imtina etdim. Danışılan şayiələrə inanmayın”, - deyə, müğənni bildirib.cebhe.info
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar