Sizin Reklam Burada
Xəbər lenti
02-02-2025
01-02-2025
BÜTÜN XƏBƏRLƏR

Şəbnəm əsəbləşdi: Mənə işverən olub... - AÇIQLAMA

Tarix: 18-07-2017 13:11     Baxış: 5272 A- / A+
Şəbnəm əsəbləşdi: Mənə işverən olub...

Manevr.az xəbər verir ki, Şəbnəm Əsədova keçirdiyi qəzaya başqa don geyindirənlərə cavab vermək qərarına gəlib.
Bununla bağlı saytımıza açıqlama verən müğənni əsəbindən od püskürdü:

"Hamımız insanıq, hamımızın başına iş gələ bilər. Elə hər işə görə polisə müraciət etməliyəm? Hadisədir də, oldu. Gecə saatları idi, o da yaşlı adam idi. Bəlkə yorğun idi, bəlkə fikirli... Mən işverən olub o kasıbı polisə verməklə nə qazanacaqdım ki? Mənim maşınıma 2000-lik zərər dəyib, onunsa maşını elə 2000-ədir. Bəyəm bütün qəzalar qeydiyyata düşür ki? Gün ərzində neçə-neçə qəza olur ki, yol polisinin heç xəbəri də olmur!
Allah şahiddir ki, 2012-ci Şəmkirdə ağır qəza keçirdim. Qarşıma çıxan maşın ucbatından öz avtomobilim hətta aşdı. Heç onda da mən o adamı cəzalandırmadım.
Ən son Nefçilərdə DODGE maşınımla qəza keçirdim. Yenə heç nə eləmədim. Əsəbimdən adama yalnız bir kəlmə dedim ki, polis gəlməmiş cəhənnəm ol gözümün önündən! Ocür maşını bir zülmlə ustaya apardım. Əlavə 4000 manat da xərcim çıxdı.
Bu dəfə də onun kimi... Əsas odur ki, sağ və salamatıq! Bax, əsas olan budur. Qalan hər şey boş şeydir.
Mənim qəza keçirmıyimə don geyindirənlərə isə sadəcə gülürəm. Bu, xoş hadisə deyil ki, özümü bununla reklam edim. Bu, qəzadır. Buna görə narahat olan, məni axtaran hər kəsə dərin təşəkkürümü bildirirəm. Artıq yaxşıyam və ailəmin yanındayam" - deyə, Şəbnəm bildirdi.
Xatırladaq ki, iyulun 16-dan 17-ə keçən gecə Gəncədən Bakıya qayıdarkən müğənni Şəbnəm Əsədova Bakı-Qazax yolunda qəzaya uğrayıb.
Qəflətən qarşılarına çıxan VAZ 07 avtomobili ilə toqquşan Mercedes Viano maşınında müğənnidən əlavə prodüseri və sürücüsü olub.big.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar