Sizin Reklam Burada
Xəbər lenti
24-08-2025
23-08-2025
BÜTÜN XƏBƏRLƏR

Elza Seyidcahan iş adamına ərə gedir? - “Nə olacağını gələcək göstərər”

Tarix: 03-07-2017 14:31     Baxış: 5307 A- / A+
Elza Seyidcahan iş adamına ərə gedir?

Son günlər mətbuatda yer alan xəbərlərə görə, əməkdar artist, bəstəkar Elza Seyidcahana bir iş adamı evlənmə təklifi edib.
O da bildirilir ki, həmin iş adamı müğənninin şeirlərini və özünü bəyəndiyi üçün bu təklifi edib. Məsələ ilə əlaqədar ailem.az Elza Seyidcahanın fikirlərini öyrənib. Sənətçi bu xəbərin yalan olduğunu deyib: “Mənim şeirlərimi çoxları bəyənir. Amma yazılan bu xəbərlər tamamilə yanlışdır. Bilmirəm, şəxsi həyatımla bağlı bu şayiələri yaymaq kimin nəyinə lazımdır? Mən şəxsi həyatımla bağlı danışmağı sevmirəm və bununla gündəmə gəlmək istəmirəm”.

Belə bir hadisə olarsa, əvvəlcə özünün bu barədə məlumat verəcəyini vurğulayan əməkdar artist bunun qəbahətli və gizlədiləcək bir hal olmadığını dilə gətirdi: “Mən heç vaxt elə iş tutmamışam ki, gizlədim. Həmişə sənətimlə, yaradıcılığımla məşğul olmuşam. Övladımın toyunda da qapılarım hər kəsin üzünə açıq idi.
Əlbəttə ki, hər bir qadın xoşbəxt olmağa layiqdir. Bu həyatda heç kəs, heç nədən sığortalanmayıb. Mən həyatımdan, sənətimdən, pərəstişkarlarımdan məmnunam. Gözəl övladlarım, nəvəm var. Amma bir də görərsən, planlaşdırmadığım şəkildə Allah həyatımı elə dəyişdi ki… Əlbəttə, haqqımda yazılanlar şayiədir, amma yenə deyirəm, qismət Allahın əlindədir. Həyat davam edir və nə olacağını gələcək göstərər”

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar