Sizin Reklam Burada
Xəbər lenti
27-04-2026
26-04-2026
BÜTÜN XƏBƏRLƏR

Zenfira həbs edilən əri haqda: “Elə bil adam öldürüb”

Tarix: 01-07-2017 12:56     Baxış: 4350 A- / A+
Zenfira həbs edilən əri haqda: “Elə bil adam öldürüb”


Müğənni Zenfira İbrahimova əri Anar Heydərovun həbs olunması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Manevr.az-n məlumatına görə, sənətçi həyat yoldaşının başına gələn hadisəni belə şərh edib:

O, sosial şəbəkədə ailəsini tənqid edənlərə sərt cavab verib: "Anar Azərbaycan respublikasının vətəndaşıdır. Qanun hamı üçün qanundur.

İstəyir müğənninin yoldaşı olsun, istəyir sıravi vətəndaş, səhv addım atıb, cəzasını çəkməlidir. Bəsdirin, elə bil Anar adam öldürüb, oğurluq edib. Anar adam deyil, səhv addım ata bilməz? Səviyyənizi, insanlığınızı itirməyin, şərhlərinizə fikir verin".

Qeyd edək ki, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən bildiriblər ki, iyunun 25-də, saat 19:40 radələrində 10 B 216 dövlət nömrə nişanlı motosikletin sürücüsü Zaqulba prospektində üzü Bilgəh istiqamətində hərəkətdə olan zaman avtoxuliqanlıq edib.

Sürət həddini aşaraq təhlükəli manevrlər edən sürücü yol polisinin dəfələrlə "saxla” işarəsi verməsinə məhəl qoymayaraq, hərəkəti davam etdirib. Bunu görən yol polisləri qarşıda süni sıxlıq yaradaraq baykeri dayandıra biliblər.

İlkin araşdırma zamanı məlum olub ki, motosikleti idarə edən şəxs Bakı şəhər sakini, 36 yaşlı Anar Atakişi oğlu Heydərovdur.

Onun sürücülük vəsiqəsində isə motosiklet idarə etmək üçün müvafiq kateqoriyanın, eləcə də, etibarnamənin olmadığı da üzə çıxıb. Anar Heydərovun barəsində toplanmış materiallar Xəzər rayon Məhkəməsinə təqdim edilib.

Məhkəmə qərarı ilə Anar Heydərovun sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılıb. Özü isə 20 gün inzibati həbs cəzası ilə cəzalandırılaraq Daxili İşlər Nazirliyinin İnzibati həbs olunanların saxlanma məntəqəsinə göndərilib.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar