Sizin Reklam Burada
Xəbər lenti
17-12-2024
16-12-2024
BÜTÜN XƏBƏRLƏR

Ağadadaş Ağayev “MedEra” Hospitalın mühafizəçisinin həbsini tələb edir

Tarix: 16-12-2024 12:53     Baxış: 366 A- / A+
Xalq artisti Ağadadaş Ağayevə qarşı xuliqanlıqda təqsirləndirilən “MedEra” Hospitalın mühafizəçisi Nurəddin Cəlilov barəsində cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Manevr.az xəbər verir ki, Binəqədi rayon Məhkəməsində hakim Elçin Ağayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Daha sonra zərərçəkmiş Ağadadaş Ağayevin nümayəndəsi, vəkil Asim Abbasov vəsatətlə çıxış edərək təqsirləndirilən Nurəddin Cəlilov barəsində həbs qətimkan tədbirinin seçilməsini tələb edib:
"Nurəddin Cəlilov əvvəllər də məhkumluq həyatı yaşayıb və hazırda məhkumluğu ödənilməyib. İş üzrə olan şahidlərlə eyni müəssisədə çalışır və onlara təsir qüvvəsi var".
Məhkəmə müşavirəyə gedərək vəsatəti təmin etməyib. İş üzrə məhkəmə baxışı dekabrın 25-ə təyin edilib.
N.Cəlilova Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq-silah qismində istifadə olunan əşyalardan istifadə etməklə törədildikdə) maddəsi ilə ittiham verilib.
Cinayət işi üzrə Ağadadaş Ağayev zərərçəkmiş qismində tanınıb.
Xatırladaq ki, bu hadisə ilə bağlı Ağadadaş Ağayev barəsində də cinayət işi var. Onun cinayət işi ayrıca icraatda hazırda Binəqədi rayon Məhkəməsində baxılır.report









Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar