Sizin Reklam Burada
Xəbər lenti
18-01-2025
17-01-2025
BÜTÜN XƏBƏRLƏR

"Samir yeganə müğənnilərdən idi ki, kanal ona pul verirdi"

Tarix: 07-12-2024 10:17     Baxış: 397 A- / A+

"Müğənnilər maqazin verilişinə çıxmaq üçün bizə zəng edirdilər və az qala qapımızda yatırdılar. Amma Samirin heç zaman ürəyi efir üçün getməyib" .
Manevr.az xəbər verir ki, bu barədə müğənninin xanımı "Youtube"da yayımlanan "Astar" verlişində danışıb.
O, bildirib ki,  Samir həmkarlarından fərqli olaraq efirə çıxmaq üçün heç zaman pul xərcləməyib.
"Mən ATV-də jurnalist işlədiyim vaxtlar bu kişini (həyat yoldaşı Samir Piriyevi nəzərdə tutur ) müsahibəyə toyların əlindən çağıra bilmirdim. Deyirdi ki, toydayam, müsahibə verməyə vaxtım yoxdur. Samir hər gün efirdə olurdu. Maqazin formatında olan verilişi Samir ciddiyə almırdı. Mən televiziyada jurnalist işlədiyim dövrlərdə müğənnilərin çoxu efirə pul verib çıxırdı. Çünki o zamanlar belə idi. Samir bəlkə də yeganə müğənnilərdən idi ki, kanal ona pul verirdi. O isə yox... Müğənnilər maqazin verilişinə çıxmaq üçün bizə zəng edirdilər və az qala qapımızda yatırdılar. Amma Samirin heç zaman ürəyi efir üçün getməyib. Samir efir üçün "yanan" müğənnilərdən olmayıb", - deyə A. Piriyeva vurğulayıb.
Samir Piriyev müdaxilə edərək illər əvvəl çalışdığı "Azad Azərbaycan" (ATV) televiziyasından yüksək maaş aldığını açıqlayıb:
"ATV kanalında Xalq artisti Aygün Kazımovanın "Xeyir ola?" verilişini birgə aparırdım. Hər ay 5000 manat maaş alırdım.O zaman bu qədər maaşı hər adam almırdı. Mən o vaxtı toya elə 5000 manata gedirdim. ATV-də hər ay bir toyun pulunu alırdım. Hər gün də efirdə idim".


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar