Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

Xalq artisti məhkəməyə gəlmədi

Tarix: 23-10-2024 16:19     Baxış: 465 A- / A+


Xalq artisti Ağadadaş Ağayevlə "MedEra Hospital" arasındakı insidentlə bağlı mülki iddia üzrə ilk məhkəmə baxış iclası keçirilib.
Manevr.az xəbər verir ki, Binəqədi Rayon Məhkəməsində hakim Etibar Mustafayevin sədrliyi ilə keçirilən prosesdə "MedEra Hospital"ın qanuni nümayəndəsi Sənan Şirinov iştirak etsə də, qarşı tərəf Xalq artisti Ağadadaş Ağayev məhkəməyə gəlməyib.
Buna görə Xalq artistinin müdafiəçisi tərəfindən elektron məhkəmə sisteminə prosesin təxirə salınması ilə bağlı yerləşdirdiyi vəsatəti iclasda elan olundu. Ağadadaş Ağayev üzrlü səbəbdən prosesdə iştirak edə bilmədiyini vurğulayaraq prosesin növbəti günlərə təyin olunmasını xahiş edib.
Məhkəmə vəsatəti qəbul edərək növbəti prosesi noyabrın 14-nə təyin edib.

Qeyd edək ki, bu ilin iyul ayında Xalq artisti Ağadadaş Ağayevlə "MedEra Hospital"ın mühafizəçisi Nurəddin Cəlilov arasında insident baş verib. Ağadadaş Ağayev mübahisə etdiyi mühafizəçiyə balta atıb, balta klinikada çalışan N.Paşayevaya dəyərək xəsarət yetirib.
Mühafizəçi Nurəddin Cəlilov isə Xalq artistini döyüb.
Xalq artisti Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq - silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda) maddəsi ilə ittiham edilir. Qeyd edək ki, bu maddə üzrə 2 ildən 5 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.oxu.az



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar