Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

"AYNA pul yığmaq üçün növbəti tələ qurub" - Tolik

Tarix: 10-10-2024 20:38     Baxış: 450 A- / A+
"AYNA pul yığmaq üçün növbəti tələ qurub" - Tarix Əliyev
Aparıcı-prodüser Tarix Əliyev (Tolik) də Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) fəaliyyətindən narazıdır.
Manevr.az xəbər verir ki, bu barədə aparıcı sosial media hesabında paylaşım edib. O, Bakıda yeni salınan avtobus zolaqlarına görə tıxacların yarandığını və dönmə əməliyyatları zamanı cərimələrin yazıldığını bildirib: 
"Maşınların ən çox olduğu yerdə tıxacların yaranması üçün AYNA bu balaca yolda avtobus üçün bu boytda yer saxlayıb. Avtomobillər də belə tıxacda qalırlar. 20 Yanvar körpüsünü altıdır. MTV kanalına gedən yolda 1 manatlıq taksilər saxlayırdı. Bunun qarşısını almaq üçün avtobus yolu saldılar. Oradan da sağa dönəndə mənə cərimə gəlir. İndi AYNA burada nə etdi? Guya nə dəyişdi? Pul yığmaq üçün növbəti tələ qurublar. 
Heç manatlıq taksilər burada dayananda belə tıxac olmurdu. İndi onlar ikinci sırada dayanmalı olurlar və insanlar da yolun ortasında maşınlara minməli olurlar". 
Qeyd edək ki, daha əvvəl Əməkdar artist Ədalət Şükürov Bakıda AYNA-nın fəaliyyətindən şikayətçi olduğunu bildirib. O, açıqlamasında "AYNA-dan çox narazıyam. Ora profissional işləməlidir. Peşəkarlar dəvət etmək lazımdır. Yoxsa ki, biri maşını qoydu, tez onu çəkdilər, cərimə etdilər. Bu nə qədər düzgündür? Yaxşı qazanc yeri tapıblar. Narazıyam, buradan da deyirəm, əgər bu işi bacarmırlarsa, xarici ölkələrdə şirkətlər var, onları dəvət etsinlər. Amerikada, İngiltərədə yolları idarəetmə şirkətləri mövcuddur. Gəlib yarım il ölkədə yaşayıb yolun səmtini dəyişirlər. Bacarmırlarsa, məni çağırsınlar, başa salım", deyə bildirib.axşam.az



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar