Sizin Reklam Burada
Xəbər lenti
17-10-2024
BÜTÜN XƏBƏRLƏR

Bakıda müğənni bıçaqlandı

Tarix: 09-10-2024 11:28     Baxış: 431 A- / A+
Bakıda müğənni bıçaqlandı
Bakıda bıçaqlanma hadisəsi baş verib.


Manevr.az
xəbər verir ki, paytaxtın Binəqədi rayonu 1-ci mədən yaşayış massivi ərazisində 1985-ci il təvəllüdlü Vüqar Namazov bıçaqlanıb.

Bıçaq xəsarəti alan zərərçəkmiş Kliniki Tibbi Mərkəzə çatdırılıb və əməliyyat edilib. Onun həyatını xilas etmək mümkün olub.

Bildirilir ki, özü də müğənni kimi fəaliyyət göstərən Vüqar Namazov ifaçı Ülviyyə Namazovanın qardaşıdır. Onlar adətən duetlər ifa edirlər.

V.Namazovu bıçaqlamaqda şübhəli bilinən şəxs isə onun qonşusudur. İlkin məlumata əsasən, hadisə tərəflər arasında baş vermiş münaqişə zəminində qeydə alınıb.


Məlumata görə, münaqişə V.Namazovun avtomobildə musiqiyə yüksək səslə qulaq asmasına görə başlayıb. Belə ki, qonşusu gecə saatlarında müğənnidən musiqinin səsini aşağı salmasını tələb edib. Nəticədə tərəflər arasında dava düşüb və Vüqara bıçaqla xəsarət yetirilib. Xəstəxanaya yerləşdirilən müğənni qonşusundan şikayətçi olmadığını bildirib.

DİN-in Mətbuat Xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı bildirib ki, oktyabrın 5-də saat 23 radələrində paytaxtın Binəqədi rayonunun 1-ci Mədən yaşayış massivi ərazisində 2002-ci il təvəllüdlü E.Ağaquliyevin aralarında yaranmış mübahisə zəminində 1985-ci il təvəllüdlü V.Namazova xəsarət yetirməsi barədə polisə məlumat daxil olub.

Hadisə ilə bağlı ərazi polis orqanında təhqiqat araşdırması başlanılıb. Tərəflərin izahatları alınıb. Xəsarətin dərəcəsini müəyyən etmək məqsədilə müvafiq ekspertiza təyin olunub.

Hazırda araşdırma davam etdirilir."Qafqazinfo” 
 



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2024    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar