Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

“Bu Şəhərdə” komandasından keçmiş deputata sərt cavab

Tarix: 23-09-2024 17:43     Baxış: 459 A- / A+

Xəbər verdiyimiz kimi, Milli Məclisin sabiq deputatı Etibar Əliyev "Bu Şəhərdə" kollektivini sərt şəkildə tənqid edib. 
Eks millət vəkili komandanın səhnəciklərini qınayıb və onları biabırçılıq adlandırıb: "Qadının ərəblə tanışlıq" səhnəsi lap biabırçlıqdır. Şit hərəkətlər, adət - ənənələrimizi aşağılamaq, küçə söhbətlərini səhnəyə gətirmək teatrın süqutudur".  

Manevr.az bildirir ki, məsələ ilə bağlı yenisabah.az-a tanınmış ssenarist və aktyor, "Bu Şəhərdə"nin prodüseri Müşfiq Abbasov danışıb.
Ssenarist hər bir fikrə hörmətlə yanaşdığını, lakin bu tənqidləri o qədər də önəmsəmədiyini qeyd edib: 
"Mən sabiq deputatın həm haqqımızda verdiyi açıqlamanı, həm də onun haqqında məlumatı indi oxudum. 

Hər bir fikirə hörmətlə yanaşırıq. 
Birincisi, belə başa düşdüm sabiq deputatımız üzvü olduğu partiyaların, deputatı olduğu rayonun, çalışdığı təhsil sahəsinin bütün problemlərini həll edib indi də səhərdən-axşama kimi bizim - Azərbaycan tarixində Heydər Əliyev Sarayında ən çox konserti olan "Bu şəhərdə"nin səhnəciklərini elə izləyir ki, hamısını əzbər bilir. Buna çox şadam.
İkincisi, dəfələrlə partiya dəyişmiş Etibar Əliyevin fikrinə nə qədər ETİBAR etmək olar bilmirəm, amma onu bilirəm ki, bizim tamaşaçıların sayı qədər onun seçicisi olaydı, o, (özü də 5 yox, 4 illik) sabiq deputat olmazdı. Allah bizim tamaşaçıları qorusun!" 



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar