Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

Elza qalmaqallı şeiri haqda: "Anarla və rəhbər heyətlə görüşəcəm"

Tarix: 18-09-2024 18:21     Baxış: 356 A- / A+
“Əvvəllər şeirlərimə özüm də “cızma-qara”lar deyirdim, amma AYB üzvü olduqdan sonra bu ifadəni işlətmirəm. Öz ağılıma hörmətlə yanaşıram. Şairə xanım kimi mənim də öz tərzim var. Şeirlərimi hər dəfə oxuyanda insanlar başqa cür başa düşürlər. Bu gün şeirlərimə gülənlər sabah sözün yaxşı mənasında ağlayırlar. İllər öncə məni kəskin tənqid edənlər bu gün tərifləyirlər. Hətta deyirlər ki, Elza Seyidcahanın bir şeirindən üç kitab yazmaq olar.
Bilirsiniz ki, bəstəkar olaraq mənim üç-dörd mahnım var, digərləri klassik şairlərimizin əsərlərindən ibarətdir. Mən bəstəkar olaraq o şeirləri axtaranda, mahnı bəstələyəndə özüm də öyrənirəm, kitablar oxuyuram. Məsələn, “Tüpürcəyim baldır, mənim. Alın bunu ağzınıza” şeirimdə “Tüpürüm sizin ağzınıza” misrası yoxdur.
Mən AYB-nin sədri Anardan, AYB-nin sədr müavini Rəşad Məciddən və xalq yazıçısı Çingiz Abdullayevdən üzr istəyirəm ki, mənə görə onları narahat edirlər. Onların yaradıcılıqılarının gözəl çağında boş-boş sözlərə görə onları narahat edilirlər. Halbuki mən icazə vermərəm nə Bəstəkarlar İttifaqına, nə də AYB-nin adına toz qonmağa… Öz əməlimlə, öz danışığımla, öz oxumağımla, yazmağımla.
“Tüpürcəyim baldır, mənim. Alın bunu ağzınıza” misram Qurani-Kərimə əsaslanır. Arılar bal çəkir güllərdən, çiçəklərdən. Elə insanlar var ki, bizim üçün onun tüpürcəyi də baldır. Anamın, babamın, övladımın, dahilərimizin tüpürcəyi də mənim üçün baldır. Mən misranı o mənada işlətmişəm. Sadəcə bəzi insanlar paxıllıq etmək üçün bilmirlər nə etsinlər. Bu isə savadsızlıq və cahillikdən irəli gəlir.

Mənim şeirlərimin fəlsəfəsini başa düşmək lazımdır. Mənə qarşı təxribat edənləri də sevirəm. Çünki onlar məni oxuyurlar, bu, uğurumdur. Mənim şeirimdə pornoqrafik ifadələr olduğunu yazıblar. Yəqin elə düşündüyünüz üçün elə də qəbul edirsiniz. Mənim hər şeirim tanrının adı ilə başlayıb, tanrının adı ilə bitirsə, elə bir ifadə işlədə bilərəmmi?!
Mənə şeirlərimi yazdıran bir qüvvə var. O mənə Allahın verdiyi bir isteddadır. Zamanında Rəsul Rzanı “Rənglər” silsiləsinə görə çox incitmişdilər. Hansı şairlərimizi incitməyiblər ki… Onlar bu gün dahidirlər. Cəsarətli olublar, sözlərini deməyi bacarıblar. Mən Allahın məhəbbətindən yazıram, insanları məhəbbətindən deyil”.
Əməkdar artisti onu da qeyd edib ki, AYB-nin sədri yazıçı Anarla görüşəcək: “Mən AYB-nin sədrinə və rəhbər heyətə təşəkkür edirəm. Mən dahi şəxsiyyətlərlə görüşə gedəcəm. AYB-nin sədri Anar müəllim başda olmaqla heyətlə görüşəcəm”

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar