
Dilan Polatın azadlığa çıxması xəbərini paylaşan qayınanası Şükran Polat sevincini belə ifadə edib: “Allaha şükürlər olsun”.
Qeyd edək ki, Türkiyədə keçirilən əməliyyatlar çərçivəsində ötən ilin noyabrın 1-də Dilan Polat və həyat yoldaşı Engin Polat, həmçinin Dilanın bacısı Sıla Doğu, Enginin qardaşı Kürşat Polat daxil olmaqla 24 nəfər saxlanılıb. Onlar çirkli pulların yuyulmasında ittiham olunurlar.