Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

Həbsdə olan Vidadi Bərdəlinin oğlu barədə QƏRAR VERİLDİ - ŞƏKİL

Tarix: 15-08-2024 10:13     Baxış: 474 A- / A+

Mərhum müğənni Vidadi Bərdəlinin 12 il müddətə həbsə məhkum edilmiş oğlu Tuncay Vəliyev azadlığa buraxılıb.

Manevr.az qafqazinfo-ya istinadla xəbər verir ki, bu barədə V.Bərdəlinin həyat yoldaşı Naida Heydərova məlumat verib.
Bildirilib ki, məhkəmənin qərarı ilə Tuncay Vəliyev barəsindəki qətimkan tədbiri dəyişdirilib.
Qeyd edək ki, T.Vəliyev tanışı F.Ocaqquliyev ilə birgə 2018-ci ildə taksi sürücüsü Rəşad Hüseynovu Nəsimi rayonu ərazisində qətlə yetirməkdə ittiham edilib. Lakin məhkəmə T.Vəliyevə ittiham olunduğu qəsdən adam öldürmə maddəsi üzrə bəraət verib. O, yalnız narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirli bilinib. Bakı Ağır Cinayətlər Məhkəməsinin 2019-cu ildə çıxardığı hökmlə F.Ocaqquliyev 19 il, T.Vəliyev isə 12 il müddətinə azadlıqdan məhrum edilib.
Tuncay Vəliyev bir müddət müğənni kimi fəaliyyət göstərib.
Onu da qeyd edək ki, Vidadi Bərdəlinin digər nikahından olan oğlu Tural Allahverdiyev də hazırda həbsdədir. O, Bərdədə tanışını borca görə qətlə yetirməkdə təqsirli bilinib və 13 il 6 ay həbsə məhkum edilib.
Xatırladaq ki, V. Bərdəli 2012-ci il noyabrın 30-da 53 yaşında vəfat edib.



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar