Sizin Reklam Burada
Xəbər lenti
24-11-2024
23-11-2024
BÜTÜN XƏBƏRLƏR

“Ağadadaş Ağayev deyib ki, əgər o, savadlı həkim olacaqsa, nə lazımdırsa, edərəm”

Tarix: 23-07-2024 17:48     Baxış: 481 A- / A+



“Günlərin birində axşam müəllimi təlaşla Zəhraya yığdı ki, bəs sənin həmin imtahana getməyin üçün bir nəfər bilet alır, pasportunu göndər. Üstündən xeyli keçmişdi, təsadüfən həmin xeyirxah insanın Ağadadaş Ağayev olduğunu öyrəndim”.
Manevr.az ölkə.az-a istinadən xəbər verir ki, bunu tanınmış jurnalist Rumiyyə Miraslan deyib. Xalq artisti Ağadadaş Ağayevin müzakirələrə səbəb olan davranışları fonunda jurnalist onunla bağlı xoş xatirəsini bölüşüb. O, sənətçinin tibb imtahanına getməsi üçün qızına dəstək olmaq istəməsindən söz açıb:
“Qızım universitetə imtahan verən ərəfəydi. Pandemiyanın pis vaxtı, təyyarə biletləri od bahasına, bir dəfə Türkiyəyə imatahana  getməsi üçün bilet almışdım, ikinci dəfə üçün yox. Müəllimi isə çox istəyirdi Zəhra həmin imtahana da getsin. Günlərin birində axşam müəllimi təlaşla Zəhraya yığdı ki, bəs sənin həmin imtahana getməyin üçün bir nəfər bilet alır, pasportunu göndər. Təbii ki, göndərmədik, sadəcə təşəkkür elədik, Zəhranın birinci imtahandan qəbul olunacağına əmin idim. Amma kimliyini bilmədiyim o adamın hərəkətinə görə çox duyğulanmışdım. Nə yalan deyim, hələ də belə insanların varlığı qəhərləndirmişdi məni. Üstündən xeyli keçmişdi, təsadüfən həmin xeyirxah insanın Ağadadaş Ağayev olduğunu öyrəndim. Onda özünün də xəstəliyinin pis dövrü imiş, müəllimi qızım barədə danışıb ona (ailəvi dostdurlar), Ağadadaş Ağayev də deyib ki, “əgər o, savadlı həkim olacaqsa, mən nə lazımdırsa, o uşaq üçün edərəm”. Bunu öyrənəndən sonra A.Ağayev bir insan kimi böyüdü gözümdə”. 
Jurnalist baş verən hadisəni Xalq artistinin səhhətindəki problemlərlə əlaqələndirib:
“Nə qohumumdur, nə qonşum. Heç bizi tanımır belə. Amma haqqı, yaxşı xüsusiyyətləri demək lazımdır. Bəlkə indi xəstəlikdən əsəbləri yerində deyil, canı ağrıdığından nə etdiyini bilmir, xəstəxana işçisinə yaraşmaz axı xəstə insanı bu səviyyəyə çatdırsın”.
Qeyd edək ki, iyulun 22-də Bakı şəhər sakini olan N.Cəlilov ərizə ilə polisə müraciət edərək həmin gün saat 07 radələrində gözətçi işlədiyi özəl tibb müəssisələrindən birində olan zaman paytaxt sakini Ağadadaş Ağayevin xuliqanlıq zəminində onu söyərək təhqir etdiyini əlindəki, balta ilə onu hədələdiyini bildirib.
N.Cəlilov daha sonra izahatında A.Ağayevin baltanı ona tərəf atan zaman orada çalışan N.Paşayevanın ayaq nahiyəsinə dəydiyini və xəsarət yetirdiyini də qeyd edib.
Faktla bağlı Binəqədi Rayon Polis İdarəsinin araşdırmalara başlanılıb.
Daha sonra hadisəni əks etdirən görüntülər yayılıb. Görüntülərdə Xalq artistinin əlindəki baltanı qarşıya atması, mühafizəçi ilə əlbəyaxa dava etməsi öz əksini tapıb. 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar