"Bir insan ki, bədənini tərbiyə edə bilmirsə, o, səhnədə necə ola bilər? Müğənni Nərmin Kərimbəyova artıq çəkili müğənnidir və o, təcili sürətdə arıqlamalıdır. Çünki artıq çəkisi ilə Nərmin səhnəyə yaraşmır. Olmaz, arıqlamaq lazımdır".
Manevr.az bizim media-ya istinadla xəbər verir ki, bu sözləri "Elit star" ləqəbi ilə şou-biznesdə məşhurlaşan müğənni Cəmilə İsgəndərova qonaq olduğu "Xəbərin var?" maqazin verilişində deyib.
Sənətçi qadın həmkarı Nərmin Kərimbəyovanın artıq çəkili olmasını başına qaxınc edərək, onu tənqid edib:
"Çıxdı səhnəyə, mahnı oxuyub, rəqs elədi, perfomansını göstərdi, özünü bu yolla tanıtdırdı, indi isə otursun pəhrizə və ya idmana getsin. O boyda bədən olar?!
Biz Azərbaycanlıyıq, bizə xarici ölkələrdən qonaqlar gəlir. Onlar televizoru açıb artıq çəkili müğənnini efirdə görəndə niyə bizim millət haqqında belə təəssürat yaranmalıdır? Səhnə oldu və ya olmadı, elə ev xanımları var ki, onlar özlərinə və bədənlərinə çox diqqət edirlər. Fitnes, idman, pəhriz, dietoloqlar var. Efir insanısansa demək arıqlamalısan.
Nərminin səs diapazonu, rəqsi gözəldir, amma 15 kiloqram çəki atmalıdır. Nərmin arıqlasa, olacaq Cennifer Lopez. Səhnəyə əgər çıxırsansa, gözəl görsənməlisən.
Burada söhbət sırf estrada müğənnilərindən gedir. Aktrisa kilolu ola bilər amma müğənni xeyr. Müğənni ilə aktrisanı bu mövzuda yanbayan qoymayın".
Xəbər lenti
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar