Sizin Reklam Burada
Xəbər lenti
25-11-2024
24-11-2024
BÜTÜN XƏBƏRLƏR

Onlara Sarayda konsertə icazə verməyiblər

Tarix: 26-06-2024 19:46     Baxış: 478 A- / A+

Müğənnilər Vəfa Şərifova, Şəbnəm Tovuzlu və meyxanaçı Orxan Lökbatanlının Heydər Əliyev Sarayında konsertinə icazə verilməyib.
Manevr.az xəbər verir ki, bu barədə aparıcı-prodüser Tarix Əliyev "Xəbərin var?" verilişində danışıb. O bildirib ki, bir neçə ay öncə Vəfa sözügedən məkanda konsert vermək istəyib:
"Bir neçə ay bundan əvvəl Vəfa Şərifova Heydər Əliyev Sarayında konsert vermək istəyirdi. Mənə dedi ki, istəyirəm, təşkilatçısı olasan. Buradan Sarayın rəhbəri İlham Qasımovu salamlayıram. Onunla danışdım, dedi ki, burada qadağa deyilən bir şey yoxdur. Amma Sarayın əzəməti var. İlham müəllim dedi ki, Vəfanın repertuarında burada səslənəcək neçə mahnı var? Mən dedim ki, bilmirəm. Dedi ki, onda gərək bütün repertuar dəyişilsin, Saraya uyğun olsun. Nəinki Vəfaya, ora Şəbnəm Tovuzlu da daxildir. O da istəyib, maraqlanıb, icazə verməyiblər. Bu janrdakı, kateqoriyadakı müğənnilərin Heydər Əliyev Sarayında konserti mümkün deyil. Bu, pulla tənzimlənmir. Onlar gərək müəyyən etablardan keçsinlər, Yaşıl Teatrda konsert versinlər. Bildiyim qədərilə Damla və Şəbnəm orada səhnə alıb. Məsələn, Orxan Lökbatanlı dedi ki, Heydər Əliyev Sarayında konsert vermək istədim, dedilər repertuarın o deyil. Amma Namiq Qaraçuxurlu, Talıb Tale orada konsert verib. "Maşın şou"dan sonra Talıb Tale  orada səhnə alıb. Onda bəzi istisnalar olub. Deyiblər ki, 10 dənə öz mahnını oxu. Öz mahnılarından az oxuyub. Həmin dövrdəki rəhbərlik istisna edib". olay

Manevr.az



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar