Sizin Reklam Burada
Xəbər lenti
07-07-2024
06-07-2024
BÜTÜN XƏBƏRLƏR

"Bu gün meyxana desəm indikindən 10 qat artıq qazanaram"

Tarix: 19-06-2024 09:44     Baxış: 461 A- / A+

"Meyxanaçılar tələsirlər, rahat götür-qoy edə bilmirlər ki, necə edək. Amma uğurluları da var. Bəzən belə bir ab-hava yaradırlar ki, guya mahnı oxumaqda daha çox qazanc var, nəinki meyxanada. Qətiyyətlə bunu təkzib edirəm. Doğru fikir deyil. Mən bu gün meyxana desəm, indikindən 10 qat artıq qazanaram. Bu söz məni hətta çox pis yandırır".
Manevr.az bizim.media-ya istinadən bildirir ki, bu sözləri meyxanaçı Namiq Qaraçuxurlu qonaq olduğu "Xəbər ətər" verilişində deyib.
Sənətçi bildirib ki, pulu daha çox müğənnilikdə yox meyxanada qazanmaq mümkündür:

"Mənim həyatımda meyxana belə olub, hər gün pul qazanırsan. Elə bir gün yoxdur ki, gəlir əldə etməyəsən. Amma mahnı oxumaq belə bir şeydir ki, müəyyən qaydaların olur, ondan kənara çıxa bilmirsən. Gözüm görə-görə o qədər var-dövlətdən imtina edib, yolumu dəyişmişəm. Səbəblərini də dəfələrlə izah eləmişəm. Bəzi insanlar var ki, peşəkar sənətçilər onları başa düşürlər.

Fikirləşirlər ki, bir xanımdır, lazımsız həyat tərzi sürməsindənsə, səsi olmasa da, qoy, oxusun. Pul qazanır. Bu meyxanaçıların da içində var. Sonra görürsən ki, həmin adam çıxır efirdə oturur və başlayır Azərbaycan mədəniyyətindən, incəsənətindən danışmağa. Peşəkar insanlar var, baxırlar. Ayıbdır! Mən neçə ildir bu sahədəyəm, amma bu barədə qorxa-qorxa danışıram. Ona görə də peşəkarlar necə sizi başa düşürlərsə, siz də onları anlayın ki, bilmədiyiniz şeylərdən danışmayın. Bir az başınızı aşağı salın. Baxırsan ki, səsi yoxdur, amma pul qazanır, deyirsən ki, eybi yoxdur. Plagiat mahılar bəstələyir, satır və sonra çıxır başqalarında səhv axtarmağa. Birinci özünü düzəlt, sonra səhv axtar".


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyul 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar