Xəbər lenti 
					
 
		Cennifer Lopez və Ben Afflek boşanır - "Evliliyimi xilas etməyə çalışmayacağam"
 Məlum olub ki, dünyaca məşhur cütlük Cennifer Lopez və Ben Afflek ayrılmaq üzrədir.
Məlum olub ki, dünyaca məşhur cütlük Cennifer Lopez və Ben Afflek ayrılmaq üzrədir.Manevr.az xarici mediaya istinadən xəbər verir ki, 2002-2004-cü illərdə birlikdə olduqdan sonra yollarını ayıran və 2021-ci ildə yenidən eşq yaşamağa başlayan və 2022-ci ildə evlənməyə qərar verən Cennifer Lopez ilə Ben Afflekin münasibətləri sona çatmaq üzrədir.
Son zamanlar ikili arasında gərginliyin çox yüksək olduğu və 54 yaşlı Lopez və Afflekin evlərini ayırdığı bildirilib.
Münasibətləri boyu bir çox tədbirə qatılan və görünən cütlüyə yaxın mənbələr hər ikisinin də yorğun olduğunu və münasibəti bitirmək istədiklərini bildirib.
Britaniyanın Daily Mail qəzetinə danışan cütlüyə yaxın bir mənbə, "Cenni artıq bezdi və deyir ki, o, həqiqətən sınanır və daha davam edə bilməz. Heç yaxşılaşmır, daha da pisləşir".
Cennifer Lopezin münasibətini və evliliyini xilas etmək əvəzinə, əkizləri Maks və Emme (16) və karyerasına diqqət yetirəcəyi də bildirilib.
Qastrol səfərində olan, lakin kifayət qədər bilet satışı olmadığı üçün turunu ləğv etmək məcburiyyətində qalan Lopezin gələn il də turuna davam edəcəyi gözlənilir.
Nigar
Manevr.az
	
	
	
 	Xəbəri paylaş
	
			
 
   
  
                
                
            
             
            
Çox oxunanlar
Son yüklənənlər



 Axtarış
 Reklam 
				 
 Şou-biznes 
       
		 Yazarlar
       İmarət Cəlilqızı
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Cahangir NAMAZOV
		   
-Təranə Dəmir
		   
- Sevil Nuriyeva
		   
 Sorğu 
				 Portalımızı dəyərləndirin.
 Çox oxunanlar 
 
				 
















 
 














