Sizin Reklam Burada
Xəbər lenti
19-01-2025
18-01-2025
BÜTÜN XƏBƏRLƏR

Məhkəmə barışığa dəvət etdi - Flora Kərimova RAZILAŞMADI

Tarix: 04-06-2024 14:50     Baxış: 3179 A- / A+
Məhkəmə barışığa dəvət etdi - Flora Kərimova RAZILAŞMADI
Xalq artisti Flora Kərimovanın müğənni Afət Fərmanqızı barəsində xüsusi ittiham qaydasında verdiyi şikayətlə bağlı məhkəmə iclası keçirilib.
 
Manevr.az 
xəbər verir ki, Binəqədi Rayon Məhkəməsində keçirilən prosesdə hakim Abbas Rzayev tərəfləri dəfələrlə barışığa dəvət edib.
 
Hakim onların cəmiyyətdə tanınan və nüfuzlu şəxslər olmalarını, bu cür mübahisələrin başucalığı gətirmədiyini diqqətə çatdırıb.
 
Afət Fərmanqızı ifadə verərək, barışığa hazır olduğunu desə də, Flora Kərimova barışmaq niyyətində olmadığını açıqlayıb. A.Fərmanqızı məsələni məhkəmə zalından kənarda aydınlaşdırmağa hazır olduğunu bildirib.
 
Bundan sonra hakim proses iştirakçılarını zaldan çıxarıb, hər iki şəxsə təklikdə danışaraq, barışmağı təklif edib. Lakin Flora Kərimova yenə də israrla barışmaq istəmədiyini deyib.
 
Bundan sonra proses iyunun 14-dək təxirə salınıb. 
 
Qeyd edək ki, Xalq artisti Flora Kərimova müğənni Afət Fərmanqızının onu təhqir etdiyi üçün Cinayət Məcəlləsinin 147-ci (böhtan) və 148-ci (təhqir) maddələri ilə ittiham olunmasını tələb edir. (qafqazinfo)

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar