Manevr.az bildirir ki, bu barədə "Ynetnews" məlumat yayılıb. Məlumatda qeyd olunur ki, gənc müğənni İsraili simvolik şəkildə təmsil etdiyinə görə hücumlar üçün potensial hədəf kimi görünür. Səbəb Qəzza zolağında baş verən hərbi münaqişədir.
"İsrail və Qəzzada insanların yaşadığı görüntülər, hekayələr və inkaredilməz ağrılar hamımızı təsirləndirdi. Bununla belə, demokratik cəmiyyətdə söz azadlığını və ifadə hüququnu qətiyyətlə dəstəkləsək də, yarışçıya və müsabiqə ilə əlaqəli hər kəsə qarşı yönəldilmiş onlayn nifrət və ya təqib formalarına qəti şəkildə qarşıyıq", -deyə bəyanatda qeyd olunub.
Xatırladaq ki, müsabiqənin birinci və ikinci yarımfinalları 7 və 9 may tarixlərində, final isə 11 mayda İsveçin Malmö şəhərində keçiriləcək.musavat.com