Sizin Reklam Burada
Xəbər lenti
16-05-2024
15-05-2024
BÜTÜN XƏBƏRLƏR

"Eurovision"da tarixi hadisə: Qeyri-binar iştirakçı qalib ola bilər

Tarix: 07-04-2024 16:15     Baxış: 375 A- / A+

Bukmeker şirkətlərinin reytinqlərinə əsasən, qeyri-binar şəxs ilk dəfə "Eurovision 2024" mahnı müsabiqəsinin qalibi ola bilər. Söhbət İsveçrə təmsilçisi, müğənni Nemodan gedir.
Manevr.az xəbər verir ki, sənətçi zahirən kişiyə bənzəsə də, özünü qeyri-binar insan kimi mövqeləndirir, yəni nə cinsini, nə də gender rolunu müəyyən etmək istəmir. Nemo özünü "onlar" tərifi ilə təsnif edir.
Müğənni müsabiqədə "The Code" mahnısı ilə çıxış edəcək. Sənətçi qeyd edib ki, trekinin əsas məqsədi bütün dünyaya onların qeyri-binar kimliklərini necə başa düşdüklərini göstərmək və qlobal LGBT+ icmasını "Eurovision"da təmsil etməyə ümid etməkdir.

"Düşünürəm ki, Nemo bütün bu yüksək notları vursa və bütün bu fərqli üslubları nümayiş etdirsə, münsiflər arasında çox yüksək bal toplayacaq, lakin real presedent olmadığı üçün tamaşaçıların nə qərar verəcəyini bilmək çətindir. Bu, çox unikal mahnıdır", deyə müsabiqə ekspertlərindən biri bildirib.
Yeri gəlmişkən, bukmeker kontorlarının səsverməsində liderlər arasında Xorvatiya təmsilçisi, "Rim Tim Tagi Dim" mahnısı ilə müğənni Babi Lasaqna da yer alıb.

Xatırladaq ki, İsveçin Malmö şəhərində keçiriləcək "Eurovision-2024" mahnı müsabiqəsinin yarımfinal mərhələləri bu il mayın 7-si və 9-u, final mərhələsi isə mayın 11-də baş tutacaq. Püşkatma nəticəsində Azərbaycan bu il 1-ci yarımfinalda çıxış edəcək. Müsabiqədə Azərbaycanı "Özünlə apar" mahnısı ilə müğənni Fəxri İsmayılov - Fahree və muğam ifaçısı İlkin Dövlətov təmsil edəcəklər.

Qeyd edək ki, qeyri-binar gender şəxsiyyəti, bir insanın iki fərqli gender kimliyinə (eyni zamanda və ya növbə ilə) malik olduğu vəziyyətdir. Məsələn, bigender olanda insan özünü həm ikili qadın, həm də kişi, qadın və qeyri-binar şəxsiyyət, neytrois və agender və s. hiss edə bilər Bəzi hallarda onların gender rolu özünü dərk etməsi (sosial cins, cinsiyyəti) əhval-ruhiyyədən, həmsöhbətdən, ətraf mühitdən asılı olaraq
dəyişir.(qaynarinfo)

Manevr.az



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar