Sizin Reklam Burada
Xəbər lenti
27-04-2026
26-04-2026
BÜTÜN XƏBƏRLƏR

“Vicdan haqqı”nın aktyorunun xanımı həyat yoldaşı haqqında:- “ÖVLADLARINA AZ VAXT AYIRIR"

Tarix: 06-06-2017 18:08     Baxış: 4649 A- / A+
“Vicdan haqqı”nın aktyorunun xanımı həyat yoldaşı haqqında:-
ATV telekanalında yayımlanan “Vicdan Haqqı” serialında Telman obrazını canlandıran əməkdar artist, aktyor Azad Şükürov xanımı və nəvəsi ilə “10-dan sonra” proqramında qonaq olub.
Manevr.az xəbər verir ki, Azad Şükürovun həyat yoldaşı Nəzirə Şükürova onun mənfi xüsusiyyətlərindən danışıb:
“Hər bir insan kimi Azadın da müəyyən müsbət və mənfi xüsusiyyətləri var. Qayğıkeş atadır, sadəcə övladlarına az vaxt ayırır, vaxtı çatmır. Gecə saat 12-1 də hesabat alır. Hər şeyi mən etmişəm, 1-ci sinifdən ali məktəbə kimi. Heç məktəbə, iclasa da getməyə vaxtı olmayıb, hamısında mən iştirak etmişəm. Hətta bəyənmədiyi yeməklər də olur, ona deyirəm ki, hələ sən şükür et ki, bütün işin arasında mən buna vaxt tapmışam. Ən çox bəyəndiyi yeməklər isə dolma və plovdur”.
Bundan əlavə aktyorun həyat yoldaşı tanışlıqlarından da danışıb:
“İlk dəfə bir ad günündə rastlaşmışıq. Amma evliliyimizin təməli bir az gec qoyuldu. Mən elm sahəsində çalışırdım. İnstitutu bitirdikdən sonra Akademiyaya qəbul oldum. Bir məsələ də var ki, o vaxtlar sənət adamlarına soyuqqanlı yanaşırdılar, ciddi baxmırdılar. Uzun çək-çevirdən sonra razılaşdıq, mən ona dedim ki, sən pedaqoji fəaliyyətə daha çox üstünlük ver. Mənim təkidimlə pedaqoji fəaliyyətlə məşğul olmağa başladı, yoxsa o özü daha çox teatr, kinonu düşünürdü. 1988-ci ildə ailə qurduq, Azad 1990-cı ildən pedaqoji fəaliyyətə başladı. Ailə quranda şərtim bu olmuşdu, bəlkə də ona görə ki, ailəm görsün ki, artistlə deyil, müəllimlə ailə həyatı qururam”.gununsesi.info

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar