“Aygün Bəylər oğlan kimi böyümüşdü. Ağır təbiətli, kişi xasiyyətli idi. Ailədə beş bacı, bir qardaş olmuşuq. O heç vaxt efirdə bacılarının adlarını çəkməyib, heç vaxt ailəmiz haqqında danışmayıb”.
Manevr.az bizim.media-a istinadla xəbər verir ki, bu sözləri mərhum Əməkdar artistin bacısı Zümrüd Hümbətova “O üz” verilişində deyib.
Xəbər lenti
Aygün Bəylərin bacısı: “Onun əri ilə münasibətim olmayıb”
Aparıcı Ülviyyə Xəlilbəyli bildirib: “Ölümündən sonra Aygün Bəylərin ailə söhbətləri daha çox müzakirə olundu. Onun həyat yoldaşı haqqında danışıldı. Hətta qızı Cahanın atasının yanına, Almaniyaya getməsi haqqında xəbərlər çıxdı”. Mərhumun bacısı belə cavab verib:
“Bunların hamısı reytinq xətrinə idi. Aygün sağ olsaydı, bu mövzular gündəm olmayacaqdı. Mənim onun həyat yoldaşının sosial şəbəkədə nə paylaşıb, nə paylaşmadığı haqda xəbərim yoxdur. Bacımın vəfatından sonra o bizlə danışmadı. Cahanın bibisi, əmisi oğlu zəng vurub başsağlığı vermişdilər və Aygünün 40 məclisindən sonra da əlaqə saxlamışdılar. Onlar Aygünün məzarı üstünə də ziyarətə gəlmişdilər. Onlar Almaniyada yaşayırlar. İki günlük Bakıya gəlmişdilər. Onlar pis insanlar deyillər”.
Aygünün bacısı bildirib ki, onun hazırda Almaniyanın Berlin şəhərində yaşayan keçmiş həyat yoldaşı Rəsul Vilayət ilə heç bir əlaqəsi olmayıb:
“Aygünün həyat yoldaşı ilə şəxsi münasibətim olmayıb. Onunla danışmamışam və ondan məlumatım da yoxdur”.
Xatırladaq ki, Aygün Bəylər təxminən 15 il öncə Rəsul Vilayətlə qeyri-rəsmi nikahda olub. 2009-cu ildə onların Cahan adlı qızı dünyaya gəlib. 14 yaşlı Cahan hazırda Bakıda xalasının himayəsində yaşayır. Rəsul Vilayət ötən əsrin 90-cı illərinin sonlarında Azərbaycanı tərk edərək Almaniyaya köçüb. O, hazırda Berlində özünün yaratdığı "Barini MUSIC Production" şirkətinə rəhbərlik edir. Berlindəki həyat yoldaşı ilə evlilikdən 3 övladının olduğu bildirilir - 2 oğlan, 1 qız.
Qeyd edək ki, Əməkdar artist Aygün Bəylər uzun sürən xəstəlikdən sonra yanvar ayının 6-da gecə saatlarında Ankarada müalicə aldığı xəstəxanada vəfat edib.

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar