Sizin Reklam Burada
Xəbər lenti
08-05-2024
BÜTÜN XƏBƏRLƏR

Məşhurların instaqramdakı reklam QİYMƏTLƏRİ

Tarix: 04-03-2024 13:52     Baxış: 370 A- / A+


Tanınmışların gəlir yerləri sırasına sosial şəbəkə səhifələri də daxildir. Onlar şəxsi profillərində müxtəlif məbləğdə ödəniş qarşılığında reklamlar yayımlayırlar.
Manevr.az bildirir ki, yenisabah.az məşhurlar arasında sorğu apararaq, onların instaqramdakı reklam qiymətlərini öyrənib.
Reper Fərid Eminov (Qurd) bildirib ki, çox reklam təklifi alır. Amma o hər reklamı qəbul etmədiyini söyləyib. Təkliflərə seçici yanaşan sənətçi qeyd edib ki, kazino, mərc oyunları, amoral (əxlaqa zidd, cəmiyyətin müsbət qiymətləndirmədiyi) və silahla bağlı reklamları qəbul etmir.
O, bir ay ərzində səhifəsində 8 “story” və 4 post paylaşmaq üçün 1500 manat tələb edir.
“Miss Azerbaijan-2019” model yarışmasının qalibi Səmra Hüseynova hazırda qiymətlərin endirimdə olduğunu deyib. Model 1000 manat qarşılığında məhsulu həm “story” bölməsində, həm də post kimi paylaşmağı vəd edir.
Aktyor, teleaparıcı İlkin Həsəninin reklam qiymətləri isə "dodaq uçuqladır". Belə ki, sənətçi 555 min izləyicisi olan “İnstagram” hesabında məhsulu foto kimi paylaşmaq üçün 2000 manat, video kimi paylaşmaq üçün 3000 manat, “story” bölməsi üçünsə, 1000 manat tələb edir. Əgər reklamda İlkin Həsəninin şəxsən özünün iştirak etməsini istəsəniz, bunun üçün ona 5000 manat qonorar ödəmələsiniz. O, “Facebook”da paylaşım üçün 1500-2500 manat arası, “TikTok” üçün isə 1000 manat qonorar istəyir.
Tanınmış fitness məşqçisi Kamil Zeynallının da reklam qiymətləri heç də aşağı deyil. Belə ki, idmançı məhsulu “İnstagram” hesabında post olaraq paylaşmaq üçün 3000 manat, hekayə bölməsində paylaşmaq üçün isə 1000 manat istəyir. Bu qiymətlərə Zeynallının iştirakı olmadan sadəcə məhsulun reklamı daxildir.
Aktrisa Çimnaz Sultanova hər məhsulu reklam etmədiyini qeyd edib. Əgər məhsul və ya xidmət aktrisaya uyğun olarsa, onu həm post, həm də hekayə bölməsində paylaşmaq üçün 1500 manat ödəməlisiniz.
Şairə Nazilə Səfərli isə konkret “price list”ini öncədən bildirmir. Bunun üçün onun şəxsi nömrəsinə zəng vuraraq qiymətdə razılaşmaq lazımdır.
Tanınmış teleaparıcı, psixoloq İlham Mirzəyev də reklam qiymətini gizli saxlamaq istəyən məşhurlar siyahısındadır. Belə ki, onun “İnstagram” səhifəsində reklam yerləşdirmək üçün əvvəlcə özü ilə şəxsən əlaqə saxlamaq, məhsul və ya xidmət barədə ətraflı məlumat vermək lazımdır. Bundan sonra o, məhsula və reklam müddətinə bağlı olaraq qiymət təklif edir.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar