"1998-ci ildə oğlan övladım doğulandan sonra dünyasını dəyişdi. Mən isə o ərəfədə Rusiyada idim. Ora toya pul qazanmaq üçün getmişdim. And içmişdim ki, qazandığım pula özümə avtomobil alacam. Əslində isə ailəmi yaxşı dolandırmaq üçün Rusiyaya getmişdim. O zamanlar heç mən tanınmırdım. Biz kənddə yaşayırdıq. Bu, mənim ikinci övladım idi. Birinci oğlum Qalibdir".
Manevr.az bizim.media-ya istinadən xəbər verir ki, bu sözləri Əlikram Bayramov qonaq olduğu "7 tamam" verilişində danışıb.
26 il əvvəl övladını itirən sənətçi yaşadığı həmin anları danışaraq, bu itkiyə görə, hələ də peşmançılıq çəkdiyini bildirib:
"Ölən körpə övladımı görə bilmədim. Rusiyadan Vətənə geri dönəndə artıq qardaşımla bacım uşağı dəfn etmişdilər. İllər keçməsinə baxmayaraq bu hadisədən sonra özümü bağışlaya bilmirəm. Bu hadisədən sonra övladım olmadı. Allah sanki məni cəzalandırdı. Əslində günah iş görməmişdim. Əgər mən xanımım Tünzalənin yanında qalsaydım, heç yerə getməsəydim, bəlkə də bu hadisə olmayacaqdı. Xanımım anam və qardaşımla qaldı.
Anam yaşlı qadın idi. Həyat yoldaşım evdə tək qalmışdı. Qardaşım da qonşuda olub. Xəstəxanaya gec çatdırıldığına görə, körpəmizi itirdik. Sonra oğlum Qalibi universitetə daxil olan kimi evləndirdim. İndi onun dörd uşağı mənim isə dörd nəvəm var".
Xəbər lenti
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar