Xəbər lenti
Aygün Kazımovanın erməni təxribatını əngəlləməsi iddiası yalan çıxdı
Bu günlərdə mətbuatda xalq artisti Aygün Kazımovanın Almaniyada keçirilən beynəlxalq konsert tədbirində erməni təxribatının qarşısını aldığı barədə məlumat yayıldı.
Belə ki, axşam.az saytının verdiyi xəbərə görə Almaniyada keçirlən "DAF bama music Awards 2016" beynəlxalq mükafatlandırma mərasimində xalq artisti Aygün Kazımova konsertin başlamasına 3 saat qalmış məşq zamanı öyrənib ki, Ermənistanı təmsil edən müğənni Siruşon səhnədə Azərbaycan xalq mahnısı "Sarı gəlin"i erməni mahnısı kimi təqdim edəcək.
Guya ermənilərin planını önləmək üçün A.Kazımova dərhal təşkilatçılardan, tədbirin rejissorundan bunun qarşısını almağı tələb edib və buna etirazını bildirib. A.Kazımova erməni müğənni Siruşonun ifasına az qalmış onun repertuarını dəyişdirə bilib və o, illər əvvəl ifa etdiyi "Kele-kele" mahnısını oxuyub. Qeyd edək ki, beynəlxalq tədbir 27 avqust tarixində baş tutub.
Lakin musavat.com-un əldə etdiyi məlumata görə, adıçəkilən erməni ifaçısı Siruşonun hansı mahnını ifa edəcəyi barədə hələ bir müddət bundan əvvəl internet resurslarında məlumat yerləşdirilib. Onun "Kele-kele" mahnısının reklam çarxı beynəlxlaq mərasimdən 12 gün əvvəl, avqustun 15-də "YouTube" izləyicilərinə təqdim olunub.
Onun Azərbaycana məxsus olan məşhur "Sarı gəlin" mahnısını ifa edəcəyi barədə isə heç bir mətbuatda məlumat yer almayıb. Belə çıxır ki, Aygün Kazımovanın qəhrəmanlığı barədə iddia yalandır.
Məsələ ilə bağlı xalq artistinin mövqeyini dərc etməyə hazırıq.
Mövzu ilə əlaqədar video linki təqdim edirik:
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar