Sizin Reklam Burada
Xəbər lenti
02-02-2025
01-02-2025
BÜTÜN XƏBƏRLƏR

Elşad Qarayevlə Ağadadaş Ağayev arasında nə baş verib: Xalq artisti qadağa qoyub?

Tarix: 09-02-2024 15:30     Baxış: 3146 A- / A+

"Ağadadaş Ağayev mənə qadağa qoymayıb".
Manevr.az bildirir ki, bunu qaynarinfo-ya açıqlamasında müğənni Elşad Qarayev Xalq artisti Ağadadaş Ağayevin onu tənqid etməsindən danışarkən deyib. Rəvan Qarayev iradları eşitdikdən sonra Ağadadaş Ağayevə zəng edib:
"Ona zəng etdim, düz bir saat danışdım. Demədi ki, mənim mahnımı oxuma. Mahnının nəqarət yeri var, deyir ki, onu mənim kimi oxusunlar. Buna görə mənə irad tutdu və dedi ki, həmin yeri onun oxuduğu kimi oxuyum. Uzun çəkişmədən sonra barışdıq. Ağadadaş bizim dostumuz və qardaşımızdır, Ağadır da, cəddi köməyimiz olsun".
Sənətçi Ağadadaş Ağayevin bəzi iradlarının haqlı olduğunu vurğulayıb:
"Ağa deyir ki, mahnını dəyişmək olmaz, necə varsa, elə də oxumaq lazımdır. Daha neyləyim, məcbur olub onunla razılaşdım. Dedim Ağa mənim gözüm üstə, sən necə deyirsənsə, elə də oxuyacam. Özün də gəl studiyaya gör necə oxuyuram. Hətta lazım olsa, bir yerdə oxuyaq. Ağa deyir ki, "mənim Elşad Qarayevə ərkim çatır, ona görə demişəm. Amma o birilərinə deyə bilmərəm, lazım gəlsə, onları tənqid də edərəm".
Qeyd edək ki, Xalq artisti Ağadadaş Ağayevlə müğənni Elşad Qarayev arasında qalmaqal yaranıb. Buna səbəb "Necə deyim" mahnısıdır. Belə ki, sənətçi onun bu mahnısını ifa edən Elşad Qarayevi tənqid edib:
"Mahnılarımı ifa edirlər, amma elə yanaşmalar var ki... Bəziləri mahnılarımı oxuyur, adlarını çəkməyim. Elə oxuyurlar ki, onların yerinə utanıram. Elşad Qarayev "Necə deyim" mahnımı oxuyub. Mahnını necə dəyişibsə... Şur üstündədir, segaha keçirsən və qayıdırsan şura. O isə başqa nəyəsə keçib. Elə bil gəzməyə gedib, evə qayıda bilməyib. Elşada ərkim çatır deyə, deyirəm. Özünə də demişəm ki, düz oxu. O birilər də eşitsin. Onun reaksiyası mənim üçün önəmli deyil. Mahnı övlad kimidir. Mahnıların sözünü təhrif edirlər".



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar