Xəbər lenti
Nişanı pozulan Natəvan: "Ana olmaq istəyirəm..."
"Mən sadəcə elə halları göstərmirəm”
"Kənardan sərt, duyğusuz insan kimi görünsəm də, bu belə deyil. Mən adicə cizgi filminə baxdığım zaman duyğusal səhnə olanda ağlayan adamam. Bunları hamının içində etməyi xoşlamıram".
Manevr.az xəbər verir ki bu sözləri azxeber.com-a danışan müğənni Natəvan Həbibi deyib.
O, sənətdə yetərincə uğur qazandığını bildirərək, artıq ailə qurub, ana olmaq arzusunu dilə gətirib. "Bu sənətdə Allaha şükür öz yerim var. İnsanların rəğbətini qazanmışam. 3-4 il əvvəl bəlkə də ana olmaq haqda heç fikirləşmirdim. Amma indi analıq hissi bütün hissləri üstələyib. Bu nə ilə bağlıdır, heç özüm də bilmirəm.”
Övladının oğlan və ya qız olamasının müğənni üçün heç bir fərqi olmadığını da bildirib. "Mənim üçün heç bir fərqi yoxdur. Oğlan və ya qız. Yetər ki, sağlam olsun. Xoşbəxt və xeyirli övlad olsun.”
Müğənni bəzi məşhurların nikahdan kənar dünyaya övlad gətirməsinə qarşı olmadığını da bildirib. "Elə hallarda heç kəsi qınamıram. Hərənin öz qisməti var. Heçkim istəməz bədbəxt olsun. Hamı istəyir ki, ailəsi olsun. Ancaq münasibətlər alınmayanda bu seçim yox qismtət olur. Mən də ailəmin olmasını çox istəyirəm. Amma sabah nəsə olsa,bu o demək deyil ki, kiminsə qabağına mövzu atacayiq ki, danışsın. Onu danışmağa heç kəsin haqqı yoxdur. Çünki hər birimiz Allahın verdiyi qisməti yaşayırıq.”
Natavan Həbibi gəlirinin şou-biznesdən olmadığını qeyd edib. "Əlavə gəlirimin hardan olduğunu heç yerdə açıqlamıram. O elə bir işdir ki, reklama ehtityacı yoxdur. Çünki bəziləri bilsə o mənimdir, paxıllıqdan imkan verməzlər. Ayrıca biznesdir.”
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar