Sizin Reklam Burada
Xəbər lenti
31-08-2026
30-08-2026
BÜTÜN XƏBƏRLƏR

Afət Fərmanqızı Flora Kərimovaya 10 min manat ödəyəcək - QƏRAR

Tarix: 24-01-2024 14:16     Baxış: 4349 A- / A+
Müğənni Afət Fərmanqızı Xalq artisti Flora Kərimovaya 10 min manat ödəyəcək.
 
Manevr.az “qafqazinfo”ya istinadən xəbər verir ki, bu haqda Nərimanov Rayon Məhkəməsi qərar çıxarıb.
 
Flora Kərimova Afət Fərmanqızının onu təhqir etdiyini əsas gətirərək qarşı tərəfin üzr istəməsi və dəymiş mənəvi ziyana görə 100 min manat məbləğində təzminat ödəməsini tələb edirdi.
 
Xalq artistinin vəkili Xavər İsmayılova deyib ki, hakim Aytən Novruzovanın sədrliyi ilə iki ilə yaxın davam edən məhkəmə bu gün yekunlaşıb.
 
Ekspert rəyləri də Xalq artistinin iddiasının əsaslı olduğunu göstərib, A.Fərmanqızının sosial şəbəkələrdə iddiaçıya münasibətdə dediklərinin şərəf və ləyaqəti ləkələyən sözlər olduğu sübut edilib. Məhkəmə mülki iddianı qismən təmin edib. Qərara əsasən, cavabdeh Afət Fərmanqızıdan 10 min manat tutularaq iddiaçı Flora Kərimovaya ödənilməlidir.
 
Qeyd edək ki, Flora Kərimova Afət Fərmanqızını xüsusi ittiham qaydasında da məhkəməyə verib. Binəqədi Rayon Məhkəməsi Fərmanqızı haqda həbssiz axtarış qərarı çıxarıb.



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar