Sizin Reklam Burada
Xəbər lenti
21-08-2025
20-08-2025
BÜTÜN XƏBƏRLƏR

“Maşın şou”nun bu iştirakçıları bir-birindən küsülüdürlər

Tarix: 01-06-2017 12:09     Baxış: 3373 A- / A+
“Maşın şou”nun bu iştirakçıları bir-birindən küsülüdürlər

Artıq bir neçə gündür ki, “Maşın” realiti-şousu yayıma başlayıb.
Manevr.az axşam.az-a istinadən məlumatına görə, şouda bir çox maraqlı və gərgin anlar yaşanır. Diqqət çəkən məqamlardan biri isə küsülü məşhurların bu şouda üz-üzə gətirilməsidir.
Belə ki, “Maşın”da yarışmacı olan Fərda Xudaverdiyevİslam Mehrəliyev Azər Zahidlə küsülüdür. Onlar arasındakı gərginlik oyun boyunca da hiss olunur. Aktyorlarla aparıcı arasındakı küsülülüyə “Yanlış anlama” filmi səbəb olmuşdu. A.Zahid türkiyəli rejissorların lentə aldığı filmin ideyasının ona aid olduğunu bildirmiş, onları oğurluqda günahlandırmışdı. Aparıcı ekran işində çəkilmək üçün İslam və Fərdaya müraciət etdiyini də demişdi. Azər aktyorların onu aldadan rejissorlarla iş birliyinə əsəbiləşmiş və onlardan incimişdi.
Şouda küsülü olan digər şəxslər isə prodüser Tarix Əliyevlə (Tolik) rəqqasə Oksana Rəsulova idi. Hətta Oksana açıqlamalarının birində keçmiş rəfiqəsi, müğənni Natavan Həbibidən küsmə səbəbinin onun prodüserlə barışması olduğunu demişdi. Maraqlısı odur ki, Toliklə Oksana yarışma boyunca yanyana dayanır.
Küsülü olan digər iştirakçılar isə aparıcı Sərxan KərəmoğluTolikdir. Onlar sosial şəbəkədə bir-birinə tez-tez söz atır, ünvanlarına tənqidlər yazırdı.
Toliklə müğənni Təranə Qumral arasında da qalmaqal yaşanmışdı. Təranənin sosial şəbəkədə alça fotosu paylaşmasını Tolik tənqid etmişdi.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar