Sizin Reklam Burada
Xəbər lenti
23-04-2026
22-04-2026
BÜTÜN XƏBƏRLƏR

Aleksandr Rıbak Səbinə Babayeva ilə duet oxuyacaq - AÇIQLAMA

Tarix: 13-01-2024 11:19     Baxış: 4138 A- / A+

“Avroviziya 2009” beynəlxalq musiqi müsabiqəsinin qalibi, məşhur “Fairytale” mahnısı ilə bütün dünyada tanınan müğənni Aleksandr Rıbak ilk dəfə Bakıda fevralın 28- və 29-da Heydər Əliyev Sarayında solo konserti ilə çıxış edəcək.
Rıbakın Bakı konsertində “Avroviziya”dakı həmkarı, Azərbaycanın Əməkdar artisti Səbinə Babayevanın da çıxış edəcəyi bildirilir.

Konsertdə azərbaycanlı müğənnilərdən sırf Səbinə Babayevanın iştirakı hər kəs tərəfindən maraqla qarşılanıb.
Manevr.az bildirir ki, oxu.az-ın əməkdaşı Əməkdar artist Səbinə Babayeva ilə danışıb.
O, təklifin təşkilatçılardan gəldiyini qeyd edib:
“Mən bu layihə ilə bağlı ətraflı məlumat verə bilmərəm. Yalnız təşkilatçılar bu barədə danışa bilər. Diqqətinizə görə, təşəkkür edirəm”.
Konsertin təşkilatçısı Mətin Nəsirli Aleksandr Rıbakın Səbinə Babayeva ilə dost münasibətində olduğunu qeyd edib:
“Səbinə xanım Rıbakın dostlarından biridir. Müəyyən tədbirlərdən tanışdırlar. O cəhətdən də düşündük ki, maraqlı konsepsiya yaradaq. Onların duet ifaları gözlənilir.
Fərqli konsepsiya olacaq. Azərbaycandan müğənnilərdən bir tək Səbinə Babayeva səhnə alacaq. Rıbak 22 nəfərlik heyət ilə çıxış edəcək. Xüsusi şou, maraqlı musiqilər olacaq. Tamaşaçılara xoş anlar yaşadacaqlar. Konsert iki gün olacaq”.



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar