Sizin Reklam Burada
Xəbər lenti
09-09-2025
08-09-2025
BÜTÜN XƏBƏRLƏR

Cavanşir Məmmədovun həbsdə olan keçmiş kürəkəni yenidən şikayətçidir

Tarix: 28-12-2023 12:31     Baxış: 4323 A- / A+

Bakıda əməkdar artist Cavanşir Məmmədovun qızı Xatirə Məmmədovanın qeyri-rəsmi nikahda yaşadığı keçmiş həyat yoldaşı Mustafa Kemal İbilinin barəsindəki hökmdən kassasiya şikayəti verilib.

Manevr.az
xəbər verir ki, şikayət Ali Məhkəmənin hakimi İlqar Qılıcovun sədrliyi ilə araşdırılacaq.

Məhkəmənin ilkin hazırlıq iclası martın 3-nə təyin edilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə M.Kemal İbili 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbs edilib. Bakı Apellyasiya Məhkəməsi M.Kemalın şikayətini təmin etməyib.
Qeyd edək ki, Türkiyə vətəndaşı Mustafa Kemal İbili C.Məmmədov və ailə üzvlərinin külli miqdarda pulunu dələduzluq yolu ilə ələ keçirməkdə təqsirləndirilir. M.K.İbili isə özünü təqsirli bilmir, əksinə zərərçəkmiş olduğunu deyir. Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq-külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb, barəsində istintaq dövrü müddəti üçün polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

Xatırladaq ki, təqsirləndirilən şəxs dəfələrlə verilişlərə çıxaraq C.Məmmədovun qızının onu aldatdığını, ailə quracağını deyərək ona 300 min dollara yaxın hədiyyələr aldırdığını iddia edib. O, C.Məmmədovun qızı ilə Türkiyədə Sultan Ahmet məscidində imam nikahı bağladığını qeyd edib.

Müğənni isə iddiaları təkzib edib, İbilinin qızı ilə nikahı olmadığını deyib.pravda.az 

Manevr.az




Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar