Manevr.az xəbər verir ki, o, məsələ ilə bağlı azxeber.com-a açıqlamasında Asyanın durumunun kritik olduğunu bildirib.
"Diş həkimi müalicə zamanı yerli keyitmə əvəzinə, ümumi narkozdan istifadə edib. Dişində problem vardı. Bu zaman da dişindəki infeksiya narkoz borusu vasitəsilə bütün bədəninə yayılıb. Hazırda reanimasiyadadır, bilinci qapalıdır, vəziyyəti çox ağırdır. 48 saatlıq gözləmə zamanının 24 saatı geridə qalıb. Hər kəs hələ ki, gözləmə mövqeyindədir. Dualarımız onunladır".