Sizin Reklam Burada
Xəbər lenti
09-09-2025
BÜTÜN XƏBƏRLƏR

Təranə Səmədova ekspertizaya göndərildi

Tarix: 26-10-2023 14:23     Baxış: 4439 A- / A+
Bakı Ağır Cinayətlər Məhkəməsində hədə-qorxu ilə tələb etməkdə təqsirləndirilən tanınmış prodüser Təranə Səmədova və Rahim Həsənovun barəsində olan cinayət işi üzrə məhkəmə prosesi keçirilib. 

Manevr.az-ın məlumatına görə, hakim Səbinə Məmmədzadənin sədrliyi ilə keçirilən qapalı prosesdə təqsirləndirilən şəxslərin vəkilləri Təranə Səmədova və Rahim Həsənovun hadisəni törədərkən anlaqsız olduğunu bildirib. Vəkillər bildirib ki, təqsirləndirilən şəxslərin psixi durumu yoxlanmalıdır. Müdafiəçilər bu məqsədlə hər iki şəxs barədə psixoloji ekspertizanın keçirilməsi barədə vəsatət qaldırıb. 

Vəsatət təmin olunub, T. Səmədova və R. Həsənov psixoloji tibbi ekspertizaya göndərilib. Proses qeyri-müəyyən vaxta təxirə salınıb. 

İttihama görə, Təranə Səmədova və Rahim Həsənov mütəşəkkil dəstə halında Bakıda imkanlı şəxsi şəkilləri ilə hədələyərək ondan külli miqdarda pul tələb edib. 

Keçirilən əməliyyat zamanı hər iki şəxs saxlanılıb.news24.az

Manevr.az



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar