Sizin Reklam Burada
Xəbər lenti
09-09-2025
BÜTÜN XƏBƏRLƏR

Xalq artisti: “Los-Ancelesdə qab-qacaq yuyur, yerləri təmizləyirdim" - VİDEO

Tarix: 23-10-2023 09:37     Baxış: 5293 A- / A+

"ABŞ-yə cavan Yusif olaraq getdim, müdrik Miri Yusif kimi qayıtdım”.

Manevr.az
bildirir ki, bunu Baku TV-nin "Qapqara” verilişində Xalq artisti Miri Yusif deyib.

O, ABŞ-də keçirdiyi vaxtları həyatının ən çətin dövrü adlandırıb:"Düzdür, baxanlar deyəcəklər ki, sən o boyda Los-Ancelesdə yaşamısan. Amma elə deyil. Mənim orada çox çətin zamanlarım olub və fəxr edirəm ki, bunlardan keçmişəm. Orada cibimdə pul-para olmadan bəzən çöllərdə, skamyalarda yatmışam. Çox vaxt müxtəlif yerlərdə qab-qacaq yuyurdum, yerləri təmizləyirdim, ofisiant işləyirdim”.

Xalq artisti hər dəfə səhnəyə çıxanda skamyada gecələdiyi həmin anların gözlərinin önündə canlandığını deyib:

"Bu da gözəl təcrübə idi. Bu, olmalı idi. Skamyada uzananda özümə həmişə söyləyirdim ki, mən burada nə edirəm, buraya niyə gəlmişəm. Amma sonra dedim ki, özüm özümə uduzsam, sonra peşman olaram və uduzmadım, əksinə, qazandım”.

Daha ətraflı videomüsahibədə:




Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar