Sizin Reklam Burada
Xəbər lenti
05-02-2025
04-02-2025
BÜTÜN XƏBƏRLƏR

“Analıq hüququndan məhrum edilsin!” – Təranənin qızından şok tələb

Tarix: 07-10-2023 14:04     Baxış: 3232 A- / A+


Hazırda həbsxanada olan prodüser Təranə Səmədovanın qızı Suel "Səni axtarıram" verilişinə çıxıb. 

Manevr.az axşam-a istinadla xəbər verir ki, o, anası ilə bağlı müraciət ünvanlayıb.
Suel bildirib ki, Təranənin analıqdan məhrum edilməsini istəyir: 
"Keçmişdə yaşadığıqlarımı unutmaq üçün arzularım var. Özümdə güc toplayıb, müraciət edirəm. İstəyirəm bacımla qalım. Bacım üçün çox darıxıram. Ona baxırdım, ayrılanda elə bil bir parçam getdi.
Rəqsanə İsmayılova ilə qalmaq istəyirəm. Anam isə icazə vermir. İstəyir ki, dövlətə təhvil versinlər, orada təhsil alım. Anam həbs olunmazdan əvvəl narkotikə qurşandı, özünü itirdi. Əvvəlki adam olmadı. İstəyirəm ki, müalicə olunsun, düzəlsin.
Məni, öz övladını təhdid edir. Lazımdırsa anam analıqdan məhrum olunsun. Bacımla mən ağ günə çıxacağıqsa, razıyam. Nə etdisə, özü özünə etdi".
Suel anasının müğənni Rəqsanə İsmayılovanı hədələdiyini əlavə edib. 
Qeyd edək ki, 2022-ci ilin dekabrında Təranə Səmədovanın əri Rasim Həsənov hədə-qorxu ilə pul tələb etmə ittihamı ilə saxlanılıb.
İstintaqın gedişatı zamanı prodüserin də cinayət işi üzrə əməlləri ortaya çıxıb və istintaqa cəlb olunub. Onun barəsində məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçilib.
Təranə Səmədova 2017-ci ildə də qadın alverində ittiham olunaraq 2 il müddətinə azadlıqdan məhrum edilmişdi. 2019-cu ildə azadlığa çıxan tanınmış prodüser ötən il də qanunsuz olaraq narkotik maddə gəzdirdiyi üçün saxlanılmışdı.
Məhkəmə T. Səmədovanın hamilə olduğunu nəzərə alaraq, ona həbs cəzası verməmişdi. Prodüser 400 manat məbləğində cərimə olunaraq sərbəst buraxılmışdı.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar