Sizin Reklam Burada
Xəbər lenti
11-11-2025
10-11-2025
BÜTÜN XƏBƏRLƏR

İlhamə Quliyeva evinin pulunu Cavanşirə vermişdi

Tarix: 07-10-2023 09:49     Baxış: 4231 A- / A+

"Flora Kərimova ilə doğma bibi qızı və dayıoğluyuq. Atam Şuşadandır. Flora xanımın anası Şuşadan, atası Qəbələdədir. İlhamə Quliyeva isə dostum idi".
Bu sözləri Əməkdar artist Cavanşir Məmmədov "Elgizlə izlə" proqramında deyib. Müğənni mərhum Xalq artisti İlhamə Quliyevadan bəhs edib:

"İlhamə xanım deyirdi ki, sənin bibin qızı mənəm, Flora yox. Deyirdim ki, yox, dostumsunuz. Flora xanım mənim böyüyümdür. O vaxt İlhamə mənə duet təklif etdi, oxumadım. Dedim ki, Flora Kərimova ilə oxumuşam. İndi də kimsə duet oxumaq istəsə, Firuzə İbadovadan başqası ilə oxumaram". 
Proqramda İ.Quliyevanın satdığı evin pulunu C.Məmmədova verməsindən bəhs edilib. İfaçı "Satdığı evin pulunu Cavanşirə vermişdi ki, saxlasın" sözlərinə "Məni çox istəyirdi. İlhamə Quliyevanın satdığı evin pulu iki ay məndə qaldı. Biz iki ay ailəlikcə evdən çölə çıxmadıq. Dedik, birdən ev yanar və ya bir bədbəxt hadisə olar, deyərlər, Cavanşir bilə-bilə etdi ki, pulu verməsin" reaksiyasını verib. 

Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar