Xəbər lenti
“Eldar Qasımov yalan deyir” - Mükafatlandırma qalmaqalı

“Eurovision- 2011”in qalibi Eldar Qasımovun “Daf Bama Music Awards – 2016” mükafatlandırma mərasimindən imtina etməsinə qarşı tərəf münasibət bildirib.
“Qafqazinfo” xəbər verir ki, layihə rəsmisi Omar Said Sharawy gənc müğənninin mükafatlandırma mərasiminə dəvət olunmadığını açıqlayıb.
O, Azərbaycandan yalnız Aygün Kazımovanın mükafatlandırma mərasiminə çağırıldığını söyləyib.

Xalq artistinin mətbuat xidməti də məsələyə münasibət bildirib.
“Bu mərasimə Azərbaycandan Aygün Kazımovadan başqa heç kəs dəvət olunmayıb. Eldar Qasımov yalan deyir. Eldar Qasımov və Elnur Hüseynov yalnız səsvermədə iştirak ediblər. Heç bir səs toplamayıblar. Əgər Eldara dəvət gəlibsə, qoy göstərsin. Təşkilatçılarla danışmışıq, yalan olduğunu açıqlayıblar”,- deyə mətbuat xidməti bildirib.
E. Qasımov “Qafqazinfo”ya müsahibəsində “Daf Bama Music Awards – 2016”dan imtina etdiyini bildirmişdi:
“Bir neçə ay bundan əvvəl bizə belə bir təklif olunmuşdu. Mükafatlandırma mərasimi barədə araşdırma apardıq və bu qərara gəldik. Həmin mərasim bizim getdiyimiz istiqamətə uyğun deyil və imtina etdik. “Daf Bama Music Awards”da hər ölkədən bir neçə nəfəri seçirlər. Onlardan birini də qalib elan edirlər. Məncə, burada başqa şeylərdə var. Mən öz adıma danışa bilərəm ki, çıxışdan imtina etdim”.

Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar