Sizin Reklam Burada
Xəbər lenti
16-10-2025
15-10-2025
14-10-2025
BÜTÜN XƏBƏRLƏR

Röya konsertdən nə qədər qazanıb? - AÇIQLAMA

Tarix: 08-09-2023 15:07     Baxış: 4218 A- / A+

Türkiyə sənət adamlarının Bakıda keçirdiyi konsertdən böyük miqdarda gəlir əldə etmələri ilə bağlı ölkə mətbuatında yayılan məlumatlar böyük müzakirəyə səbəb olur.

Manevr.az
qaynarinfo-ya istinadən xəbər verir ki, onların arasında Ebru Gündəş, Hadisə və Mahsun Qırmızıgülün adları keçir. Məsələn, bu yaxınlarda Bakıda qonaq olan Türkiyəli müğənni Hadisə "Dalğa Beach”də açıq havada konsert verib və tədbirdən 5 milyon TL (328000 manat) qazanıb. Bundan əlavə Ebru Gündeş də keçirdiyi konsertdən Türkiyəyə 2.5 milyon lirə döndüyü bildilir.

Bəs, Azərbaycanda 3 günlük konsert layihəsi ilə çıxış edən, Xalq artisti Röya Ayxan nə qədər pul qazanıb? Müğənninin mətbuat xidmətinin rəhbəri Elvin Elxan Qaynarinfo-ya açıqlamasında bildirib ki, Röya Ayxan üçgünlük "Biri var” adlı solo konsertindən əldə olunan vəsaitlə bağlı məlumat vermək istəmir: 
"Azərbaycan estrada sənətində Röya Ayxandan başqa kassa dolduran müğənni yoxdur. Bütün  biletlər satılmışdı, bir yer boş deyildi. Röya  Azərbaycanda yeganə müğənnidir ki, konsert biletlərinin üstündə dava gedir. Biz düşündük ki,  konserti dördüncü gün də keçirsək ki, bilet almayan insanlar kənarda qalmasın. Təəssüf ki,  buna nə zaman, nə də enerjimiz qalmamışdı.  Konsert başdan ayağa şoudan ibarət idi, Röya xanım da fiziki olaraq çatdıra bilmirdi”. 

Müğənninin sözçüsü onun 25 ildir ki, sənətdə olduğunu vurğulayıb:

"Bu illər ərzində konsertdən gəlir əldə edib, heç bir zaman konsertdən ziyanla çıxmayıb. Biz  iddia etmirik ki, batdıq, pul qazana bilmədik, Röya xanım qazanmasa ildə iki dəfə konsert verər? Büdcə açıqlanmır. Röya xanımın xarakterinə zidd olduğu üçün büdcəni açıqlamırıq. Əlbəttə ki, gəlir əldə olunub”. 


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar